25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Bizim klubların bəyənmədiyi futbolçu "Qalatasaray"a 2 qol vurdu" (Müsahibə)

Azərbaycanlı FİFA agenti Vaqif Heydərlinin müsahibəsi

- Menecerlik fəaliyyətinizin əhatə dairəsi nə qədər genişdir?
- Bu, vəziyyətdən asılıdır. Əhatə dairəsi konkret hansısa ölkələrlə məhdudlaşmır. Bu gün Ukrayna, sabah Portuqaliya, birigün Rusiya bazarına yolun düşə bilər.

- Bildiyimiz qədər siz “Portu” klubu ilə əməkdaşlıq edirsiniz, düzdür?

- Bəli, ancaq hələ ki, əsas komandaya oyunçu verməmişəm. Aşağı yaş qrupları ilə müəyyən işlər görmüşük. Azərbaycanlı futbolçuların da bu kluba düşməsi üçün səy göstərirəm.

- Azərbaycanda hansı oyunçularla əməkdaşlıq edirsiniz? Müştərilərinizdən bir neçəsinin adını bilmək maraqlı olardı...

- Məncə, ad çəkmək düz olmaz. Bir çox oyunçu var, əsasən milli komandamızın üzvləri ilə əməkdaşlıq edirəm. Bura U-17, U-19 və U-21-də daxildir.

- Bəs ən uğurlu transferiniz kim olub?

- Uğurlu transfer deyəndə ki, məncə, bu düzgün fikir deyil. Futbolçu var ki, gəldiyi ilk mövsümdə yaxşı oynayır, sonra formasında eniş olur. Və ya əksinə, tədricən uyğunlaşır, fayda verməyə başlayır.

- Ümumilikdə götürsək, hansı futbolçuların transferlərini tutarlı sayırsınız?

- Məsələn, Yuri Fomenko, İbrahima Niassenin adını çəkə bilərəm. Yeri gəlmişkən, Niassenin qardaşı Omarı da bizim klublara təklif etsəm də, istəmədilər. Ancaq həmin futbolu hazırda Türkiyə Superliqasında “Akhisar Bələdiyyəspor”un heyətində ən yaxşılardandır. Bu mövsüm “Qalatasaray”ı məğlub etdikləri (2:1) görüşdə hər iki qolu o vurdu.

- Elə bir futbolçu varmı ki, onu klublarımız istəməyib, ancaq indi dünya səviyyəsində tanınır?

- Bəli, olub. Sloveniyalı Yosip İliçiçin adını çəkə bilərəm. “Palermo”da özünü tanındı, hazırda “Fiorentina”nın formasını geyinir. İndi bu futbolçunun qiyməti təxminən 20 milyon avrodur. Halbuki, adını çəkmək istəmədiyim bizim bir klub onu çox az məbləğ qarşılığında transfer etməyi məqsədəuyğun saymadı.

- Klublarımızın ən yaralı yeri skaut sisteminin olmamasıdır. Sizə kimsə bu yöndə təklif göndəribmi və ya özünüz hansısa kluba layihə təqdim etmisinizmi?

- Hazırda belə bir məsələ var, klublarımızdan birindən təklif almışam. Müzakirə səviyyəsindədir. Necə olacağını zaman göstərəcək.

- Xarici bazarda oyunçuları necə axtarırsınız? İş sisteminiz necədir?

- Daha çox oyunlara baxıram. Təbii, Avropada əməkdaşlıq etdiyimiz insanlar var. Ancaq futbolçuları özüm izləməyə üstünlük verirəm.

- Hansı bazarları bizim üçün münasib saymaq olar?

- Ölkə deməyək, Avropa səviyyəsində 2-3-cü dərəcəli futbolçular bura gəlməyə razılıq verirlər. Elə oyunçular da var ki, ölkəmiz haqda məlumatsız olduqları üçün gəlməyə risk etmirlər.

- Bu yay “Neftçi”dən ayrılan Nikolas Kanales və Julius Vobayın yenidən ölkəmizdə çıxış etmək ehtimalları varmı?

- Vobay “Neftçi”yə məxsusdur, Kanales isə “Kolo Kolo” il müqavilə bağlayıb. Ancaq vəziyyətdən asılıdır, istək olsa, onları geri gətirmək mümkündür. Ümumiyyətlə, burda əsas məsələ tələb və təklif olunan şərtlərdir.

- Azərbaycan klublarının alıcılıq qabiliyyəti hansı səviyyədədir?

- Belə deyək, məsələn, Ukraynanın aparıcı klubları istisna olmaqla, bizimkilər digərlərindən daha çox məvacib ödəyirlər. Rusiyada isə 5-6 klubdan geri qalırlar. Ancaq onu da qeyd edim ki, məsələn, hansısa bir futbolçu Rusiya ilə müqayisədə Azərbaycana daha böyük məbləğ müqabilində gəlməyə razılıq verir.

- Yerli oyunçularımız xarici klublara transfer olunmaqda çətinlik çəkirlər. Sizcə, futbolçuların səviyyəsi çox aşağıdır, yoxsa bizdə onları Avropa bazarına çıxaracaq peşəkar menecerlər yoxdur?

- Bir çox səbəblər var. Bizim futbolçuların çatışmazlıqları çoxdur. Məsələn, bu yaxınlarda Avropa çempionatının seçmə mərhələsində U-19-un oyunlarını izləsəydiniz, görərdiniz oyunçularımız hansı durumdadır. Bilirsiniz, oyunçudan çox şey asılıdır. Futbolçu yaxşı olandan sonra menecerə də işləmək rahatdır.

- Türkiyə çempionatının I divizionunda çıxış edən oyunçularımız barədə nə deyə bilərsiniz?

- Türkdilli ölkələrdən 2 oyunçunun legioner sayılmamağı və I divizion klublarının əksəriyyətinin maddi durumunun ağır olması Azərbaycanda özlərinə iş tapa bilməyənlərin ora yollanmasına şərait yaratdı. Yəni, onlar burada özlərini yaxşı tərəfdən göstərdikləri üçün Türkiyəyə getməyiblər.

- Həmin klublar sabah yığmamızın aparıcı üzvlərinə təklif göndərsələr necə, onlar I divizionda oynamağa razılıq verməlidirlər?

- Fikrimcə, yox. Rauf Əliyev, Cavid Hüseynov, Elvin Məmmədov, Kamran Ağayev kimi futbolçular Türkiyə çempionatının aşağı dəstəsinə getməməlidirlər. Məsələn, Rauf 2 il öncə özünü göstərmək üçün ora gedə bilərdi, ancaq artıq gecdir. İndi daha yaxşı təklif gözləməlidirlər. Onlar daha səviyyəli çempionatlarda oynamağa layiqdirlər.

- Oyunçuları başa düşdük, səviyyələri aşağıdır. Bəs məşqçilərimiz? Heç xaricdə işlə bağlı sizə müraciət edən olub?

- Olub, amma bizimkilərin deməyi ilə deyil ki. Gərək xarici klublar istəyə. Ancaq təəssüf ki, bizim məşqçilərdən hansısa xaricdə özünü göstərə bilməyib. Elə mütəxəssislərimiz var ki, ölkədən kənarda işləyə bilərlər. Ancaq gəlin baxaq, əcnəbilər bizim məşqçiləri tanıyıb, inanırlarmı? Xeyr.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30