20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi” və “Qarabağ” üçün yubiley

Premyer Liqanın XI turu Azərbaycan çempionatlarında ən çox oyun keçirən 2 klub üçün əlamətdar olacaq. Futbolxeber.az-ın məlumatına görə, bütün yarışlarda güclülər dəstəsində çıxış etmiş “Neftçi” və “Qarabağ” qarşıdakı turda 600-cü matçına çıxacaq. 22-ci mövsümündə 600-ü “fəth edəcək” hər iki komanda yubiley matçını səfərdə keçirəcək. “Neftçi” “Şəfa”da “Simurq”un, “Qarabağ” isə Lənkəranda “Xəzər Lənkəran”ın qonağı kimi 600-ə çatacaq. Premyer Liqanın şərikli liderləri olan yubilyarlar 1992-ci ildən indiyədək keçirdikləri 599 matçın yarısından çoxunda qalib gəlib. “Neftçi” qələbə, qol və xal sayında daha üstündür. 294-cü dəfə səfərdə oynayacaq “Neftçi” öz meydanında da eyni sayda oyuna çıxıb. “Qarabağ” isə öz meydanında 293 dəfə oynayıbsa, 295-ci səfərə yollanacaq. Hər 2 komanda neytral meydanlarda 12 görüş keçirib. Hər iki komanda ilk matçını 1992-ci ilin mayında keçirib. “Qarabağ” ayın 3-də Sabirabad “İnşaatçı”sı ilə ev oyununda uduzub - 1:2. “Neftçi” isə 5 gün sonra Sumqayıt “Xəzər”ini 1:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, çempionatda ən çox oyun keçirən 3-cü komanda “Turan”dır - 584 matç.

pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30