25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Faiq Qarayevin qardaşı Misir Mərdanovun qardaşını əvəzləyir

Azərbaycan Tələbə Futbol Federasiyasında (ATFF) son 21 ayda ikinci dəfə prezident seçkisi keçiriləcək. Lent.az-ın məlumatına görə, növbədənkənar seçki konfransı oktyabrın 26-da AFFA-nın mənzil-qərargahında baş tutacaq. ATFF rəhbərliyinə gətiriləcək şəxs artıq məlumdur. Bu, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti və qadın voleybolçulardan ibarət millimizin baş məşqçisi Faiq Qarayevin qardaşı Fazil Qarayevdir. Veteran futbolçu bir müddət futzal yığmamıza da rəhbərlik edib. Hazırda o, biznes fəaliyyəti ilə məşğuldur. Qeyd edək ki, ATFF-in əvvəlki prezidenti sabiq təhsil naziri Misir Mərdanovun qardaşı, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin aparat rəhbərinin müavini İlham Mərdanov olub. O, 2012-ci il yanvarın 21-də quruma prezident seçilib. Lakin İ.Mərdanov bu il fevralın 22-də istefa verib. ATFF AFFA-ya daxil olan Sahə Futbol Federasiyalarının üzvüdür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30