18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Xəzər Lənkəran” və “Neftçi”nin Naxçıvanda birgə ziyarəti

Oktyabrın 23-də keçiriləcək futbol üzrə Azərbaycan Superkuboku uğrunda oyun öncəsi “Xəzər Lənkəran” və “Neftçi” klubları bir araya gəlib. Bu barədə Lent.az-a Muxtar Respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat katibi Rafael Bünyatov məlumat verib. Onun sözlərinə görə, hər iki komanda Heydər Əliyevin abidəsini birgə ziyarət edib. Bünyatov matça hazırlıq işlərinin yüksək səviyyədə görüldüyünü də vurğulayıb: “Naxçıvanda bu oyunu böyük səbirsizliklə gözləyirlər. Satışa çıxarılan 11 min bilet təkcə Muxtar Respublikanın paytaxtına yox, rayonlarına da göndərilib”. Bununla yanaşı, matçın keçiriləcəyi İbrahimxəlil Axundlu adına şəhər stadionunda əvvəlcə “Xəzər Lənkəran”, ardından “Neftçi”nin məşqi baş tutub. Lənkəran təmsilçisinin məşqini klubun vitse-prezidenti Tuyqun Nadirov da izləyib. Naxçıvandakı mənbələrdən Lent.az-a bildirilib ki, sabahkı matçı klubun fəxri prezidenti Mübariz Mənsimovun da izləyəcəyi gözlənilir. “Neftçi”nin məşqinə isə Bakıdan gələn 10-dək azarkeş və klubun prezidenti Sadıq Sadıqov tamaşa edib. Naxçıvan Futbol Federasiyasının baş katibi Hafiz Əliyev Lent.az-a açıqlamasında oyun zamanı təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə görüləcəyini söyləyib. Onun sözlərinə görə, 12800 nəfərlik stadion oyuna tam hazırdır. Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” matçı sabah saat 15:00-da başlanacaq. Qalib komandaya 100 min manat, uduzana isə 50 min manat mükafat veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30