24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Xəzər Lənkəran" Naxçıvanda

Bu gün Azərbaycan Superkuboku uğunda matç üçün Naxçıvana yola düşən “Xəzər Lənkəran” artıq 5 ulduzlu “Duzdağ” otelində məskunlaşıb.Futbolxeber.az-ın məlumatına görə, saat 14:00-da Azərbaycan Hava Yollarının “Lənkəran” adlı “Boinq 757-200” tipli təyyarəsi ilə yola düşən komanda 55 dəqiqəlik rahat uçuşdan sonra Naxçıvan Beynəlxalq Hava Limanına çatdı. Komanda daha sonra məskunlaşacağı Muxtar Respublikanın ən tanınmış oteli sayılan “Duzdağ”ın yolunu tutdu. Qısamüddətli istirahətdən sonra "Xəzər Lənkəran"lı futbolçular saat 17:00-da adıçəkilən otelin kiçik ölçülü futbol meydançasında məşqə çıxdı. Bir saatlıq məşqdən sonra komanda istirahətə çəkildi. Hazırda klub prezidenti də başda olmaqla bütün klub rəsmiləri “Duzdağ” otelindədir. “Xəzər Lənkəran” Naxçıvana çatdıqdan sonra Muxtar Respublikanın güc strukturlarının rəhbərləri oteldə klub rəhbərliyini ziyarət edərək lazım olan bütün köməkliyi göstərməyə hazır olduqlarını, burada olduqları müddətdə komandanın təhlükəsizliyinin ən yüksək səviyyədə qoruyacaqlarını bildiriblər.

lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30