29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Rəvan"ın hücumçusu özünü Benzemaya bənzətdi

"Rəvan”ın heyətində ötən mövsüm sərgilədiyi oyunla seçilən Xuan Manuel Varea cari "futbol ili”ndə bir qədər kölgəyə çəkilmişdi. Futbolxeber.az-ın məlumatına görə, argentinalı forvard cari çempionatda ilk qolunu vurmaq üçün 583 dəqiqə gözləməli oldu. Nəhayət, "Neftçi” ilə oyunda "qara zolaq”dan çıxmaq mümkün oldu. 168 günlük qol həsrətinə son qoymuş Varea klubun rəsmi saytına danışıb: "Hər bir hücumçuda belə "qara zolaq” yaşana bilər. "Real”da Benzema da eyni problemlə qarşılaşıb. Təbii, qol vurmamağım üzərimdə əlavə təzyiq yaradırdı. Şadam ki, bu yükün altından çıxdım. Amma təəssüf edirəm ki, komandamız uduzdu. Bununla belə, gələcəyə ümidlə baxıram. Əvvəllər də bir yerdə oynadığım Kristian Torreslə daha yaxşı anlaşaraq qollarımı sıralayacağıma ümid bəsləyirəm. Bu baş versə, komandaya daha çox xeyir vermiş olaram. İstənilən halda, əsas məqsəd komandanın uğurudur. Belədə biz futbolçular da fərqlənəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31