19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Şahin Diniyev: "8 ildə xeyli təcrübə toplamışam"

Premyer Liqanın X turu çərçivəsində keçirilən "Neftçi” - "Rəvan” qarşılaşmasının diqqətçəkən məqamlarından biri də Şahin Diniyevin yeni klubunda debütu ilə yadda qaldı. Futbolxeber.az-ın məlumatına görə, "Rəvan"ı ilk rəsmi oyuna çıxarmaqla Diniyev həm də 8 ilə yaxın fasiləyə son qoydu. Söhbət təcrübəli mütəxəssisin ölkə çempionatına qayıdışından gedir. Belə ki, 47 yaşlı mütəxəssis sonuncu dəfə Azərbaycan çempionatında 2005-ci il dekabrın 18-də iş başında olmuşdu. O vaxt "Kəpəz” ilə səfərdə MOİK-i 3:0 hesabı ilə məğlub etdikdən sonra Şahin Diniyev Azərbaycan milli komandasının "sükanı” arxasına keçmişdi. 8 ilə yaxın müddət keçəndən sonra Diniyev yenidən çempionatımızın ab-havasını hiss etdi. Dönüşü haqda baş məşqçinin özü klubun saytına danışıb: "Həyəcanlı deyildim desəm, yalan olar. Əlbəttə, həyəcan var idi. Amma bu 8 ildə xeyli təcrübə toplamışam, futbola baxışım dəyişib. Birinci oyundaca çempiona qarşı oynamaq heç yaxşı olmadı. Yetirmələrim 1 həftəlik hazırlıqdan sonra "Neftçi” ilə bir hissə başa-baş mübarizə apara bildi. Fiziki-funksional hazırlıq tam qaydasında olmadığından ikinci yarıda çətinlik çəkdik. Amma biz tədricən "artıracağıq. İndi komandalar daha səviyyəlidir. Özü də mübarizə təkcə 2-3 kollektiv arasında getmir. Hazırda Premyer Liqada istənilən komanda başqa birisini rahatca büdrədə bilər. Artıq ümumilikdə çempionatın səviyyəsi güclənib. Hətta deyərdim, fərq qat-qat səviyyəsindədir. Bir sözlə, 2005-ci illə müqayisədə böyük fərqlər var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30