25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Qurbanov millidən imtina etdi

Ağdamın “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin sükanı arxasına keçməkdən imtina edib. Lent.az-ın əldə etdiyi məlumata görə, 41 yaşlı mütəxəssis yaxın ətrafına hazırkı iş yerinin onu tam qane etdiyini bildirib. Qurbanov “Qarabağ” rəhbərliyinin etimadı və yaratdığı şərait qarşılığında klubdan ayrılmağa razı olmayıb. AFFA rəhbərliyi onun millidə işləməyə razı olub-olmadığını müəyyən şəxslərin vasitəsilə öyrənmək istəyib. Bu zaman gənc mütəxəssis “İşləyirəm də elə “Qarabağ”da”cavabını verib. Baş məşqçi Lent.az-a açıqlamasında Ağdam klubunda çalışmaqda qərarlı olduğunu təsdiqləyib: “Bu gün “Qarabağ”dayamsa, elə fikrim də “Qarabağ”da olmalıdır. Bu komandanın uğurları, nəticələri, düşündüyümüz kollektivi qurmaq üçün çalışmalıyıq. Hələ mənim tərəfimdən belə bir fikir, ideya, başqa bir şey yoxdur. Fikrim yalnız “Qarabağ”ladır”. Bununla yanaşı, Qurbanov ona millimizin baş məşqçi postunun təklif olunmadığını da bəyan edib. Onun fikrincə, təklif yoxdursa, bu məsələyə dair hansısa fikri bildirmək düzgün olmaz: “Ona görə də hazırda yalnız “Qarabağ”da çalışmaq daha yaxşı olar”. “Hələ ki klubda işləməyə üstünlük verirsiniz?” sualına isə Qurbanov “Burdayam” cavabını verib. Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ilin avqustunda “Qarabağ”a baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında Ağdam komandası 2009-cu ildə Azərbaycan Kubokunun qalibi, 2012-2013-cü il mövsümündə Azərbaycan Premyer Liqasının gümüş, 2009-2010 və 2010-2011-ci il mövsümlərində bürünc medalını qazanıb. Bununla yanaşı, “Qarabağ” Avropa Liqasında 2009-2010, 2010-2011 və 2013-2014-cü il mövsümlərində “pley-off” mərhələsinədək irəliləyib. Milli komandamıza 2008-ci ilin aprelindən başçılıq edən Berti Foqtsun hazırkı müqaviləsi isə bu ilin sonunda başa çatır. Onunla yeni müqavilə məsələsinə dair qərarı AFFA İcraiyyə Komitəsi verəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30