19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Bakı” AZAL-la oyuna hazırdı

“Bakı” sabah 10-cu tur çərçivəsində evdə AZAL-ı qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, komanda bu gün oyunöncəsi son məşqini keçirib. Səhər saat 11.00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Daha sonra futbolçular düzülmüş maneələr üzrə müxtəlif isinmə hərəkətlərini yerinə yetirib. Ardından 3 qrupa bölünən komanda üzvləri “kvadrat” oynayıb. Növbəti tapşırıq isə qısa məsafələrə sürətli qaçışdan ibarət olub. Sonda isə Milinko Pantiç yetirmələrinə standart vəziyyətlər üzərində çalışmaq göstərişi verib. Zədəli olan Kamran Ağayev, Şəhriyar Əliyev, Mario Rubio, Elvin Əliyev məşqdə iştirak etməyib. Ruben Qonsales isə komandadan ayrı çalışıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30