25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"İnter" "Beşiktaş"la "Rubin"i Bakıya gətirir

İyun ayında Bakı şəhərində İBAR CUP uşaq futbol turniri keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, ötən il bu turnir ilk dəfə baş tutmuş və Azərbaycan Beynəlxalq Bankının 20 illik yubileyinə həsr olunmuşdu. Belə qərara alınmışdı ki, turnir mütəmadi xarakter alsın və bu il Avropanın müxtəlif ölkələrindən olan uşaq komandaları yenidən Bakıda toplaşacaq. 

Belə ki, İBAR U-14 CUP turniri AFFA-nın dəstəyilə baş tutacaq, yarışın təşkilatçıları Azərbaycan Beynəlxalq Bankı, “İnter” Peşəkar İdman Klubu və Bakı Futbol Federasiyası olacaq. 
 
Turnirdə 8 komanda iştirak edəcək. Reqlamentə əsasən, komandalar 2 qrupa ayrılacaq və hər qrupda 4 komanda mübarizə aparacaq. Hər qrupdan ən yaxşı 2 komanda mükafat yerləri uğrunda mübarizəni davam etdirəcək, qrupda 3-cü və 4-cü yerləri tutan komandalar 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.
 
Qeyd edək ki, “İnter” U-14 komandasından başqa turnirə birinci İBAR CUP turnirinin qalibi "Rubin"(Rusiya), "Karpatı"( Ukrayna), “Beşiktaş”(Turkiyə), "Yurqorden" (İsveç), “Vilyarreal(İspaniya) və “Ayntraxt ( Almaniya) komandaları qatılacaq. Sonuncu iştirakçının adı bu həftə məlum olacaq.
 
Əlavə edək ki, turnir iyun ayının 17-dən 22-dək keçiriləcək. İBAR CUP turnirinin bütün matçları “Şəfa” stadionunda baş tutacaq.
 
Qeyd etmək istərdik ki, tezliklə turnirin püşkatma mərasimi keçiriləcək və həmin mərasimi tv.inter.az saytında canlı olaraq izləmək mümkün olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30