19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: "Aleksandr Səmədova başa saldım ki..."

"İlk 5-10 dəqiqədə biz öz futbolumuzu oynadıq. Rəqib də üstünlüyə sahib deyildi. Sözün açığı, erkən qol buraxacağımızı gözləmirdik. Bundan sonra rəqib üstünlüyə malik idi ki". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Rusiya ilə oyundan sonra millimizin kapitanı Rəşad Sadıqov deyib. Təcrübəli müdafiəçi rəqibin üzvü Aleksand Səmədovla oyundan sonra aralarında olan söhbətdən də danışıb: "Fasilədə ilk yarıdakı oyunumuzu müzakirə etdik və qərara gəldik ki, uduzmağa haqqımız yoxdu. Fərqlənmək üçün standart epizod gözləyirdik. Şadam ki, belə də oldu. Oyundan sonra Səmədov mənə yaxınlaşdı. Onunla aqressiv şəkildə danışmaq istəmirdim. Ondan dediyi sözlər barədə soruşdum. Səmədov da bildirdi ki, "cəzalandırmaq" deyərkən, başqa mənanı nəzərdə tutmayıb. Mən isə ona başa saldım ki bizdə "cəzalandırmaq" sözünün başqa mənası var. Azərbaycanlı kimi Səmədov "cəzalandırmaq" sözünün mənasını bilməlidir. O da məni anladı. Bu nəticə ilə biz Rusiya mətbuatına cavab verməyi düşünmürük. Düşünürəm ki, gələn tsikldə daha çox xal toplayacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30