21 Sentyabr 2024, Şənbə
“Neftçi” "Qarabağ"la bacarmadı
Həyəcan, qorxu, yoxsa paxıllıq?
Millimiz Çexiyaya məğlub oldu
Qara Qarayev “Neftçi”dən getdi

Ölkə futbolu

“Qarabağ”ın necə oynaması bizi o qədər də narahat etmir”

“Hər iki komanda yaxşı oyun sərgilədi. Rəqibə müsbət nəticə əldə etməyə imkan vermədik. Uşaqların oyunundan məmnunuq. İkinci yeri təmin etməyimizə baxmayaraq, onların motivasiyası qaydasında idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sabah”ın məşqçisi Artur Olenin Azərbaycan Premyer Liqasının XXXIII turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Mütəxəssis komandasının 2:0-dan sonra arxayınlaşması barədə sualı belə cavablandırıb: “Arxayınlaşdığımızı deməzdim. Düzdür, bir qədər oyuna nəzarəti əldən verdik. Lakin sonradan etdiyimiz əvəzetmələrlə yenidən üstülüyü ələ aldıq. Meydana sonradan daxil olan futbolçular yaxşı çıxış etdilər”.

O, bu tur keçiriləcək “Qarabağ” - “Qəbələ” matçının komandası üçün nə dərəcədə əhəmiyyətli olması barədə bunları söyləyib: “Bizim üçün öz oyunlarımız vacibdi. Biz ilk növbədə matçlarımızı qələbə ilə başa vurmalıyıq. Rəqibin necə oynaması bizi o qədər də narahat etmir”.

A.Olenin “Kəpəz”lə matçda əsas heyət qapıçısı Yusif İmanovun ehtiyatda qalmasına da toxunub: “Fürsət olduqca digər oyunçular da şans verməyə çalışırıq. Ona görə də bu gün qapıda Nicat Mehbalıyev dayanmışdı. O, qapısını toxunulmaz saxladı. 2-3 epizodda qurtarışları ilə seçildi. Nicatın oyunundan məmnunuq”.

“Sabah”ın çalışdırıcı “Beşiktaş”a keçiriləcək xeyriyyə görüşü barədə bunları bildirib: “Bu görüş mövsümün sonuna təsadüf etsə də, “Beşiktaş”ın adı motivasiyadı. Həmin görüşdə bacardığımızın ən yaxşısını ortaya qoymağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, inamlı çıxış edək”.

Xatırladaq ki, “Sabah”ın baş məşqçisi Murad Musayev cəzalı olduğu üçün mətbuat konfransında onu köməkçisi əvəzləyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2024
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30