19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Rəşad Sadıqov: “Onların açıqlamaları bizi qıcıqlandırdı”

Sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında milli komandamızın kapitanı Rəşad Sadıqov da iştirak edib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli müdafiəçi güclü rəquib üzərində qələbə qazanmaq istədiklərini qeyd edib: “Bizi vacib oyun gözləyir. Seçmə mərhələni də qələbə ilə başa vurmaq istəyirik. Mükafat haqqında yalnız oyundan sonra danışırıq. Matçdan əvvəl bütün diqqətimizi qarşılaşmaya kökləmişik. Mahir Şükürovla Kamran Ağayevin mətbuata açıqlama verməməklərinin səbəbini bilmirəm. Gələn dəfə onlarla bu haqda danışaram. Rusiyalı futbolçuların oyundan öncə verdiyi açıqlamalar bizi qıcıqlandırdı. Onlar peşəkar futbolçulara yaraşmayan açıqlamalar verir. Məğlub ola bilərik. Amma belə açıqlamalar vermək olmaz. Təəssüf ki, Aleksandr Səmədovla meydanda üz-üzə gələcəyik. Onu Səmədov kimi adlandırmaq istəməzdim. O mənim üçün sadəcə Aleksandrdı. Əgər kimsə öz gücünə inanırsa, bunu meydanda göstərməlidir”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30