19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Argentinalıların Azərbaycanda ilk het-triki

 

Topaz Premyer Liqasının XXIV turunun “Turan” - “Rəvan” oyunu bir sıra məqamlarla əlamətdar oldu. PFL-in saytının yaydığı məlumata görə, qonaqların ilk hissədən sonra 1:2 hesabı ilə geridə olub, fasilədən sonra 5 qol vurması onlara 6:2 hesablı qələbə qazandırdı. Bu görüş həm də het-triklə diqqət çəkdi.
 
Mövsümdə 2-ci
 
“Turan”ın qapısına 3 qol vuran Juan Varea mövsümün 2-ci het-trikinin müəllifi oldu. İlk belə hadisə ötən il dekabrın 2-də qeydə alınmışdı. Onda “Turan”ın malili legioneri Salif Ballo “Kəpəz”lə matçda 3 qol vurmuşdu. Ballo komandasına qərb derbisində 5:1 hesablı qələbə qazandırmışdı.
 
“Rəvan”da 3-cü
 
Varea şərəfini qoruduğu “Rəvan”ın tarixinə Premyer Liqada ilk het-trik müəllifi kimi düşüb. Lakin klubun tarixində daha 2 het-trik var. Bunların hər ikisi İzzətəli Süleymanovun hesabındadır. O, komandası I divizionda çıxış etdiyi 2010/11 mövsümündə əvvəl “MKT Araz”, ardınca “Energetik”lə matçlarda 3 qol vurub. 2010-cu il müvafiq olaraq oktyabrın və noyabrın 17-də olan görüşlərdən birincisi evdə, ikincisi səfərdə keçirilib.
 
Argentinadan 1-ci, legionerlərdən 30-cu
 
Varea Azərbaycan çempionatları tarixinə het-trik müəllifi olan ilk argentinalı kimi düşüb. Ona qədər 16 ölkədən olan əcnəbilər 29 dəfə 1 oyuna 3 qol vurmuşdu. Varea yubiley – 30-cu het-trikin müəllifi oldu. Daha çox isə gürcüstanlılar fərqlənib: Gürcüstan – 6, Nigeriya, Braziliya – hərəsi 3, Moldova, Ukrayna, Özbəkistan, Litva – hərəsi 2, Seneqal, Serbiya, İran, Türkiyə, Sloveniya, Fil Dişi Sahili, Latviya, Uruqvay, Mali, Argentina – hərəsi 1.
 
İlk “6”, ikinci “4”
 
“Turan”la səfər oyununda 6:2 hesabı ilə qalib gələn “Rəvan” Premyer Liqada ilk dəfə 6 qol vurdu. Bunadək heç vaxt bu qədər məhsuldar olmayan paytaxt təmsilçisi 2-ci dəfə 4 top fərqinə sevindi. Ötən il aprelin 28-də evdə “Kəpəz”i 5:1 hesabı ilə məğlub edən “Rəvan” Premyer Liqa tarixində özünün 2-ci, səfərdə isə 1-ci böyükhesablı qələbəsini qazandı. Komandanın tarixindəki ən böyük qələbə isə I divizionda qeydə alınıb. 2010-cu il noyabrın 17-də bakılılar səfərdə “Energetik”i 8:0 hesabı ilə məğlub edib.
 
43-cü dəfə
 
“Turan” isə ölkə çempionatında 43-cü böyükhesablı məğlubiyyətini alıb. Tovuz təmsilçisi sonuncu dəfə belə ağır məğlubiyyəti  bu il fevralın 13-də “Bakı” ilə ev oyununda almışdı – 0:4. Qərblilərin 6 və daha çox qol buraxdığı son matç isə 2008-ci il noyabrın 22-də olmuşdu. Həmin vaxt “Bakı” qonaqları 7:0 yenmişdi.
 
Mövsümdə 3-cü “5”
 
Cari mövsüm çempionatda 3-cü dəfə 1 komanda 1 hissədə 5 qol vurdu.  Bunadək “Neftçi” “Sumqayıt”la ötən il noyabrın 17-dəki matçın 1-ci, AZAL isə bu il martın 3-də “Qəbələ” ilə görüşün 2-ci hissəsində rəqib qapısından 5 top keçirmişdi.
 
Məhsuldarlıq
 
Qarşılaşmada qapılara 8 qol vuruldu ki, mövsümdə 3-cü dəfə belə yüksək məhsuldarlıq qeydə alındı. Bunadək 1 oyunda 9, daha bir matçda isə indiki kimi 8 qol vurulmuşdu. Ötən il noyabrın 17-də “Neftçi” – “Sumqayıt” matçında 8:1, sentyabrın 16-dakı AZAL – “Qarabağ” görüşündə 6:2 hesabı qeydə alınmışdı “Rəvan”a qədər cari mövsümdə səfərdə 6 qol vuran yalnız 1 komanda olub. Ötən il avqustun 19-da “Sumqayıt” – “Qarabağ” matçında 1:6 hesabı qeydə alınıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30