19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“İnter”: “Neftçi”dən “Neftçi”yə qədər

 

Bakının “İnter” klubu cari mövsümdə ilk ev məğlubiyyətini alıb. Futbolxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XXIV turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzan Kaxaber Sxadadzenin yetirmələri martın 30-da baş tutan oyunadək cari mövsümdə öz meydanında uduzmayan yeganə komanda idi.

“İnter” öz meydanında 15 məğlubiyyətsiz oyundan sonra məğlub olub. Bakılılar sonuncu dəfə ötən il martın 18-də yenilmişdi. İndi olduğu kimi həmin vaxt da final mərhələsinin – ilk “altılığ”ın 1-ci ev oyununda “İnter”i “Neftçi” məyus etmişdi. Böyükağa Hacıyevin yetirmələri 375 gün əvvəl rəqibinə 2:1 hesabı ilə qalib gəlmişdi.

Ardıcıl 15 ev matçında uduzmayan bakılılar bu müddətdə 9 qələbə qazanıb və 6 heç-heçə edib. Yenilməzlik dövründə Sxadadzenin yetirmələri 24 qol vurub və 12-ni buraxıb.

Bu seriya evdəki oyunlar üçün “İnter”in 4-cü uzun seriyasıdır. Bunadək bakılılar ayrı-ayrı vaxtlarda 31, 22 və 19 oyun öz meydanında yenilməz olub.

Qeyd edək ki, evdə uduzmamaq üzrə Azərbaycan rekordu “Neftçi”yə məxsusdur. 1992-1996-cı illərdə ardıcıl 57 ev matçında (texniki nəticələr nəzərə alınmır) yenilməyən flaqmanın bu rekordu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən də tanınıb. “Ağ-qaralar”la yanaşı 54 matçlıq məğlubiyyətsizlik seriyası olan “Turan” da dünya klublarının ən uzun ev məğlubiyyətsizliyi siyahısına daxil olub. IFFHS-in martın 21-də açıqladığı ilkin siyahıda “Neftçi” 16-cı, “Turan” 19-cu idi.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30