19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Syomin: “Əgər çempionatın startınadək mənə desəydilər ki...”

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Premyer Liqanın ilk dövrəsinin yekunları ilə bağlı fikirlərini gabalafc.az-la paylaşıb. Futbolxeber.az-ın məlumatına görə, rusiyalı məşqçi ilk dövrənin nəticələrindən razı qalmadığını bildirib: “Əgər çempionatın startınadək desəydilər ki, siz ilk dövrədən sonra 16 xalla 3-cü yerdə qərarlaşacaqsınız və liderlə cəmi 2 xal fərqiniz olacaq, mən bundan razı qalardım. Çünki komandamız yeni formalaşırdı, çoxlu yeni futbolçularımız var idi, kollektiv komplektləşməmişdi. Amma hazırda ilk dövrənin nəticələrindən razı deyiləm. Çünki çox yersiz xallar itirdik. Xal itirdiyimiz oyunlarda yalnız “Neftçi” bizi üstələdi. Düşünürəm ki, digər bütün oyunlarda qalib gəlməliydik”.

Syomin Premyer Liqanın səviyyəsi barədə fikirlərini də açıqlayıb: “Premyer Liqada çıxış edən bütün rəqiblərimizlə qarşılaşdıq. Rəqiblərimizin oyun planında məni təəccübləndirən, gözlənilməz hər hansı bir halla rastlaşmadığımı söyləyə bilərəm. Sadəcə bəzi oyunlarda  var gücümüzü ortaya qoya bilmədik. Buna misal olaraq, “Sumqayıt” və “Simurq”la qarşılaşmaları göstərə bilərəm. Tam gücümüzlə çıxış etməməyimizdə rəqiblərimizin də rolu böyükdür. Onlar artıq bizi güclü rəqib kimi qəbul edir və futbolçularımıza qarşı xüsusi tədbirlər görürlər. Startda bəzi yeni futbolçularımıza elə gəlirdi ki, Azərbaycan Premyer Liqası əvvəl oynadıqları çempionatlarla müqayisədə  daha zəifdir və onlara qarşı güclü rəqabət olmayacaq. Halbuki Azərbaycan çempionatı yetərincə güclü və gərgin mübarizə şəraitində keçən birincilikdir. Burada güclü məşqçi və futbolçulardan ibarət kollektivlər var. Artıq rəqiblərimizi və mübarizə apardığımız turniri tanıyırıq. Bu da o deməkdir ki, ikinci dövrədə həm münasibətdə, rəqiblərimizə qarşı mübarizədə daha diqqətli olmalıyıq".

Komandanın hazırkı durumundan və X turda baş tutacaq "İnter"-"Qəbələ" matçının hazırlıqlarından söz açan Syomin qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib: “Hazırda komandanın durumu çox yaxşıdır. Turnir cədvəlindəki yerimizi də yaxşı saya bilərik. Rəhbərliyin komandaya münasibəti də yüksək səviyyədədir. İstədiyimiz şərait yaradılıb, işimizə mane olan yoxdur. Qarşıdakı oyunlarda hər şey özümüzdən asılı olacaq. Ümid edək ki, yığma komandalar göndərdiyimiz futbolçular sağlam formada Qəbələyə dönəcəklər. Biz də komplekt şəkildə yolumuza davam edəcəyik. O ki, qaldı “İnter”lə oyuna komanda qarşılaşmaya ciddi hazırlaşır. Mənə rəqibin necə oynadığı deyil, bizim necə oynayacağımız maraqlıdır. Təbii ki, rəqibin oyununu analiz edirik və ciddi yanaşırıq. Ən əsası isə bizim tam gücümüzü nümayiş etdirməyimizdir. Əgər bunu bacarsaq, bizim üçün qorxulu rəqib yoxdur”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30