29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Simurq" "Sumqayıt"a qalib gəldi

Azərbaycan Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar "Simurq" Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisində yeni tikilmiş meydançada "Sumqayıt"la yoldaşlıq görüşü keçirib. Futbolxeber.az-ın məlumatına görə, ilk hissəsi qolsuz heç-heçə ilə bitən görüşün sonunda sevinən tərəf Zaqatala təmsilçisi olub. "Sarı-qaralar"ın qollarını Nicat Qurbanov və İdan Vaitzman vurub.

Növbəti turda "Xəzər Lənkəran"la qarşılaşacaq "Simurq" üçün bu görüşdə start heyəti müəyyənləşdirmək məşqçilər korpusunun başlıca məqsədlərindən biri idi. Çünki cəzalı və zədəli futbolçuların çoxluğu baş məşqçi Georgi Çixradzeni düşündürən məsələlərdən biri idi. Gürcü mütəxəssis bu görüşdə əvəzedici heyətdən də bir neçə futbolçuya şans tanımışdı.

İlk hissədə ev sahibi "Simurq"un qapısı ağzında daha çox təhlükəli qol vəziyyətləri yaratsa da, təcrübəli qapıçı Pavel Kapsanın ustalığına söz ola bilməzdi. Dəqiqələr ötdükcə isə artıq "Simurq" oyunda üstünlüyü ələ alır və xüsusən cinahlardan Orxan Səfiyaroğlunun, Nicat Qurbanovun keçidləri rəqib müdafiəsinə çətin anlar yaşadırdı. Ancaq buna baxmayaraq komandalardan heç biri fasiləyə qədər hesabı açmağın yolunu tapa bilmədilər.

İkinci hissədə isə azərkeşlər üç qolun şahidi oldu. Hissə başlayar-başlamaz Nicat Qurbanov tək başına rəqibin müdafiə xəttini yararaq qapıya endirdiyi zərbə ilə hesabı açdı. Gənc futbolçu bundan sonrada bir neçə dəfə hesabı artırmaq üçün şansları olsa da, bu imkanlardan yararlana bilmədi. Onun əvəzində isə israilli müdafiəçi İdan Vaitzman komandasının ikinci qolunu vurdu. Daha sonra Georgi Çixradze gənclərə üstünlük verdi. Əvəzedici heyətdə forma geyinən qapıçı Rəşad Əzizli, yarimmüdafiəçilər Ruslan Getman, Cavad Kazımov, Sahib Abbasov və hücumçu Ziyabil Məmmədov özlərin göstərmək üçün şans əldə etdilər. Hətta bir neçə vəziyyətdə hesabı artırmaq üşün gözəl imkan yaratsalar da, bunlardan yararlana bilmədilər. Əvəzində isə oyunun son dəqiqələrində ev sahibi fərqi minimuma endirərərək, görüşün nəticəsini müəyyənləşdirdi. Qarşılaşma "Simurq"un 2:1 hesablı qələbəsi ilə başa çatdı.

Bu oyundan sonra məşqçilər korpusu gərgin məşqlərə ara verərək yetirmələrinə bir günlük istirahət verib. Yeni həftənin ilk günündən isə "Xəzər Lənkəran"la görüşün hazırlıqlarına qalan yerdən davam ediləcək.  


simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31