25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Elhad Nəziri: "İnter"in futbolçusuyam, o klub haqda danışmağa dəyməz" (Müsahibə)

"İnter"in və milli komandamızın müdafiəçisi Elhad Nəziri Futbolxeber.az saytına müsahibə verib.

- Artıq bir neçə gündür ki "İnter" Gürcüstanda təlim-məşq toplanışındadır. Hazırlıqlar necə keçir?

- Hər şey yaxşıdı. Bütün komanda olaraq qarşıdakı oyunlara hazırlaşırıq.

- Uğursuz oyunlardan sonra "İnter" dövrəni 2 ardıcıl qələbə ilə başa vurdu. Komanda artıq özünə gəlib?

- Bu qələbələr bizə çox lazım idi. İnşallah, qarşıdakı oyunlara ciddi şəkildə hazırlaşırıq. Çalışacağıq ki, növbəti oyunlarda da maksimum nəticə göstərək.

- Səncə, fasilə komandaya nə dərəcədə faydalı olacaq?

- Bunun bizə faydası dəyəcək. Bütün komandamız səylə hazırlaşır. Yəqin ki əziyyətimiz hədər getməz.

- "İnter"ə gəlişindən bir müddət keçsə də, hələ əsas heyətin daimi üzvünə çevrilə bilməmisən. Buna nə mane olur?

- Komandaya tam uyğunlaşmışam. Sadəcə, son 2 həftədə zədəli idi. Komanda ilə məşqlərə yenicə başlamışam. İnanıram ki, tezliklə əsas heyətin futbolçusu olacağam. Tez bir zamanda komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm.

- Xatırlayırsansa, "Rəvan"dan ayrıldıqdan sona Futbolxeber.az-a verdiyin açıqlamada demişdin ki, "gedişim barədə indi ətraflı danışmaq istəmirəm. Müəyyən vaxtdan sonra danışarıq". İndi açıqlaya bilərsən, həmin vaxt "Rəvan"la aranda nə baş vermişdi?

- Artıq "İnter"in futbolçusuyam. Başqa klub haqda danışmq istəmirəm. Həmin vaxt "Rəvan"da olan bütün futbolçular da mənim haqlı olduğumu bilirlər. Ona görə də danışmağa dəyməz. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30