29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Patrik Osiako: “Simurq”da olmaq mənə xoşdur” (Müsahibə)

"Simurq"un futbolçusu Patrik Osiako klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Patrik, necə oldu ki, "Simurq"a gəlməyə razı oldun?

- "Simurq" Avstriyada təlim-məşq toplanışında olarkən mənə təklif göndərdi. Məndə gəldim rəhbərliklə, məşqçi ilə müəyyən şərtləri müzakirə elədim və bundan sonra komandaya gəlməyi qəbul etdim. İstəyirdim ki, Azərbaycan futbolunda da təcrübəm olsun. Bu səbəbdən də, “Simurq”da oynamağa razı oldum və seçimimi etdim.

Artıq bir neçə vaxtır burdasan. Komandamız səndə hansı təəssüratlar yaradıb?

- Komandamdan çox razıyam. Mənimlə bərabər bu kollektivə yeni futbolçular qoşuldu. Tez bir zamanda bir-birimizə uyğunlaşa bildik. “Simurq” deyərdim ki, inkişaf etmək, irəliləmək üçün ambisiyalıdır, iddialı bir komandadır. Burda olmaq mənə çox xoşdur. 

Bura gəlməmişdən qabaq Azərbaycan futbolu haqqında nə cür məlumatlar yığa bilmişdin?

- Dostlarımdan biri bir vaxtlar burada olub.  Ondan bir çox informasiya aldım. O, mənə dedi ki, Azərbaycanda hazırda futbol inkişafdadır. İdmana xüsusi diqqət var. İnsanlarıda çox yaxşıdırlar, mehribandır. Orada heç bir çətinliklə üzləşməyəcəmi bildirdi. Məndə bunlardan sonra Azərbaycan gəlməyə razı oldum və buna görədə peşman deyiləm.

Azərbaycan çempionatı necə dəyərləndirərdin?

- Ümumiyyətlə hər hansı çempionatı qiymətləndirmək uzun vaxt tələb edir. Çünki hər şeyi addım-addım görürsən, qiymətləndirirsən. Buda liqada iştirak edən futbolçuların səviyyəsindən, infrastrukturundan asılı olan bir şeydir. Hazırkı fikrim isə müsbətdir. Çünki premyer liqada bu dəqiqə hansısa komandanı zəif və ya güclü kimi qiymətləndirmək mümkün deyil. Hər bir klubun heyəti səviyyəli yerli və legioner futbolçulardan qurulub.

Premyer Liqanı sənin əvvəllər oynadığın liqalardan nəyi ilə fərqlənir?

- Çox fərqliliklər var. Buna qədər Rumıniyada, İsveçdə, İsraildə karyeramı davam etdirmişəm. Deyərdim ki, Azərbaycanda futbol texniki baxımdan daha bacarıqlıdır. Burada futbola yanaşma tərzidə tamam fərqlidir. Meydanın hər bir nöqtəsində sona qədər gərgin mübarizə aparmasan məğlub olan tərəf sən olacaqsan. Buda daha çox fiziki güc tələb edir.

Geridə qalan turları "Simurq" üçün necə dəyərləndirərdin?

- Sonda uğur əldə etmək istəyiriksə, başlanğıcı yaxşı eləməliydik. Buna deyərdim ki, qismən nail ola bilmişik. İstəyimizə doğru addım-addım yanaşmağa çalışırıq. Qarşıda bizi çempionatın ikinci dövrəsi gözləyir. İnanıram ki, tezliklə bundan sonrakı ev oyunlarımızı Zaqatala keçirdəcəyik. .  Çünki hər bir komandanı evində məğlub etmək çətindir. Biz isə son doqquz oyunu demək olar ki, səfərdə keçirmişik və bu nəticəyə nail olmuşuq. Geridə qalan oyunları bu baxımdan normal hesab edirəm. Düzdür Zaqatalada da, Bakıda da olsaq, fərqi yoxdur. Çünki  hamısı Azərbaycandır. Biz isə peşəkarıqsa, hər yerdə oynamalıylıq və nəticə qazanmalıyıq.   

Komandaya uyğunlaşa bilmisənmi? Bununla bağlı hansısa çətinliklələr üzləşdin?

- İlk günlər komandaya öyrəşməkdə həqiqətəndə çətinlik çəkdim. Çünki baş məşqçiyə özümü, bacarıqlarımı, necə oynadığımı sübut etməliydim. Ancaq hazırda hər şey qaydasındadır. Burada olmaq və oynamaq artıq mənüm üçün çətin deyil. Məncə hər oyunçu komandada öz yerini tutmalıdır. Bunun üçün isə vaxt lazımdır.   

"Simurq"da keçirilən məşq prossesi səni razi salırmı?

- Düzü komandanın yeni mövsümə hazırlıq prossesinə gec qoşuldum. Məşqçilər korpusu artıq mən gələnə qədər sistemi qurmuşdu. Ancaq bir müddətdən sonra məşqlərdə bacarığımı sübut etdim, pozisiyama uyğun yenidən hazırlıq prossesi keçdim. Buda öz nəticəsin verdi. “Simurq”a işini çox yaxşı bilən və futbolçunu oyuna hazırlaşdıra bilən məqşçilər korpusu rəhbərlik edir. Təbii ki, hər məşqçinində iş prossesi fərqlidir.  

Millinin düşərgəsində olarkən komanda yoldaşların səndən yeni klubun və Azərbaycan haqqında nələr soruşurdular?

- Millli komandada oynamaq hər bir futbolçu üçün fəxrdir. Buna görədə çox sevinirəm. Yığmanın düşərgəsində olarkən əsasən Azərbaycanın necə ölkə olduğunu, insanların xaricilərə qarşı münasibətləri ilə bağlı mənə çoxlu suallar ünvanladı. Mən isə ölkənizin gözəlliyi, inkişafı, insanların mehribanılığı haqqında onlara geniş məlumatlar verdim. Həmçinin “Simurq”la bağlı ilkin təəssüratlarımıda onlarla bölüşmüşdüm.

Buradakı komanda yoldaşlarınla münasibətlərin necədir? Ən çox kiminlə birlikdə vaxt keçirirsən?

- Ümumiyyətlə, mehriban və əyləncəli adamam. Ona görə də, insanlarla münasibət qurmaqda çətinlik çəkmirəm. Komanda yoldaşlarımla gələndən gözəl münasibət formalaşdırmışam. Yenə qeyd etmək istəyirəm ki, tam öyrəşmək vaxt tələb edir. İstirahət vaxlarında imkan tapdıqca birlikdə çıxıb şəhəri gəzirik, birlikdə əylənirik. Yerli futbolçuların əksəriyyətinin evə getdiyindən, daha çox legionerlərlə birlikdə oluram. Rauldur, Ballodur, Paveldir, Andersondur və digərləri ilə vaxtımızı səmərəli və gözəl keçirməyə çalışırıq.

Azarkeşlərimiz bu mövsüm “Simurq”dan çox şey gözləyir. Burdan onlara nə deyərdin?

- Bütün azarkeşlər ambisiyalı olur. Komandalarınıın daimə qələbə qazanmalarını istəyirlər. Təbii ki, məndə özümü peşəkar futbolçu hesab edirəm və harda oynamğımdan asılı olmayaraq, oyunumdan zövq almalıyam, razı qalmalıyam və qələbə qazanmaq arzusundayam. Azərkeşlərimiz bir az səbrli olmasını istəyirəm, çünki alışmaq vaxt alır. Onları inandırmaq istəyirəm ki, “Simurq” bu mövsüm çox yaxşı oynayacaq və sonda gözəl nəticə qazanacaq. Onlar komandalarının oyunundan zövq alacaqlar və birlikdə qələbələrimizi bayram edəcəyik. Məndə öz üzərimə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışacağam.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31