23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib

 

Bu gün AFFA intizam Komitəsinin növbəti iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, toplantıda aşağıdakı qərarlar qəbul edilib: 
 
Topaz Premyer Liqasının XXIV turunun “İnter” – “Neftçi” ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
 
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIV turunun “İnter” – “Neftçi” oyunun 44-cü dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Vüsal Səfərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
 
Azərbaycan I Divizionunun XIX turunun “Neftçala” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).
 
Azərbaycan I Divizionunun XIX turunun “Şahdağ” – “Tərəqqi” matçının 76-cı dəqiqəsində “Tərəqqi” klubunun 10 №-li futbolçusu Orxan Əlibalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 
Azərbaycan I Divizionunun XIX turunun “Şəmkir” – “Energetik” matçının 65-ci dəqiqəsində “Şəmkir” klubunun 9 №-li futbolçusu Anar Rzayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30