29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Futbol ictimaiyyəti millimizin oyunundan nə gözləyir? (Sorğu)

Milli komandamız bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Futbolxeber.az saytı Şimali İrlandiya ilə oyunla əlaqədar olaraq futbol ictimaiyyəti arasında qısa soğru keçirdi. Müraciət etdiyimiz şəxlər arasında futbolçu, məşqçi, jurnalistlər və klub rəsmiləri oldu. Bəziləri millimiz haqda bədbin fikirdə olsalar da, yığmamızdan qələbə gözləyənlər də var. Aldığımız cavablara düzəliş etmədən, olduğu kimi təqdim edirik:  

Elnur Əşrəfoğlu (tanınmış ekspert): "Hər zaman bu tipli komandalarla oynamaq bizim üçün çətin olub. Belfastda keçirilən ilk oyun və Şimali İrlandiyanın son matçda Lüksemburqa məğlub olması  bizi aldatmamalıdır. Çünki böyük britaniyalılar həmin xalların əvəzini Bakıda çıxmağa çalışacaqlar. Bir maraqlı fakt söyləyim sizə. Topaz bu oyunu təkli matç kimi proqramına daxil edib. Nəzərə alsaq ki, bu gün hamı millimizin qələbəsindən dəm vurur, qarşılaşmada bizimkilərin qalib gəlməyəcəyi hansısa oliqarxlara külli miqdarda pul qazandıra bilər. Yəni, bu oyunda Azərbaycan millisi qələbə qazana bilməyəcək. Necə ki, biz belə faktların Lüksemburq, Andorra ilə oyunlarında şahidi olmuşuq. Bir sözdür də dedim. Azərbaycan - Şimali İrlandiya 0:2

Səbuhi Məmmədov ("İnter"in mətbuat katibi): "Azərbaycanlı azarkeş kimi, millimizdən qələbə gözləyirəm. Milli komandamızın qələbəsinə inanıram. Düşünürəm ki, futbolçularımız onlara olan inamı doğruldacaqlar. Proqnozla bağlı konkret rəqəm açıqlamaqda çətinlik çəkirəm. Əsas odur ki, komandamız meydanı qələbəylə tərk etsin. Fərqi yoxdur, 1:0 və ya 3:0...Vacib olanı aktivimizə müsbət xalın yazılmasıdır".

Elhad Nəziri ("İnter"in və millimizin futbolçusu): "Qarşıdakı oyunda milliyə qələbə arzu edirəm. İnşallah bu tsikldə ilk qıələbəmizi qazanarıq. Uğurlar arzu edirəm".

Əfqan Həmzəyev (hakim): "Bu gün ancaq qələbə gözləyirəm millimizdəm. Yaradılan bu şəraitin qarşılığında komandamızın uduzmağa haqqı yoxdur. Hesab isə 2:1, ya da 1:0 millimizin xeyrinə olacaq".

Tahir Mirzə ("Futbol+"un əməkdaşı): "Oyundan heç nə gözləmirəm...0-0. Qələbəsiz yığmaya inana bilmərəm".

Saleh Arslan (Korner.az saytının baş redaktoru): "Korner.az artıq 3 ildir millini boykot edib. Hə, belə də yazın. Biz oyuncaq adamların oyuncaq komandasından yazmırıq, danışmırıq".

Səbuhi Nərimanoğlu ("Futbol+"un əməkdaşı): "Yığmanın bugünkü oyunu haqda heç də bədbin fikirdə deyiləm. Düzdü, bilirəm ki, çətin olacaq. Çünki britaniyalıların necə futbol oynadığını görmüşük. Ən azından Şimali İrlandiyadakı kimi oynasaq rəqibi çətin vəziyyətdə qoya biləcəyik. Bu gün yığmadan heç də məğlubiyyət gözləmirəm. 1:0 hesabı ilə qalib gələcəyik".

Rüstəm Allahverdiyev ("Simurq"un mətbuat katibi): "Mənim fikrimcə yığmamız bu gün qalib gələcək. 2-1 millimizin xeyrinə".

Rüstəm Mikayıllı (Azerisport.com-un əməkdaşı): "Millimizdən daim hücumu düşünən futbol gözləyirəm. İki oyunu qaldığına görə Foqts da anlayır ki, bu, onun Azərbaycan millisi ilə qələbə qazanmaq üçün son fürsətidir. Hər halda bundan istifadə etmək istəyəcək. Futbolçularımızda son İsrail səfərindən sonra özünəinam bir qədər də artıb və qələbə haqda düşünürlə. Heç kim istəməz ki, mərhələni qələbəsiz başa cvuraq. Çətin vəziyyətdə qalmamamaq üçün də Şimali İrlandiyanı udmaq lazımdı. Proqnoz vermək çətin olsa da, məncə 2:1 bizim xeyrimizə olacaq".

Şəmsəddin Abbasov (müstəqil jurnalist): "Məzmunlu, surətli oyun gözləyirəm millimizdən. Ümid edirəm ki, 2:1 hesabı ilə qalib gələcəyik".

Mehmet Ak ("Qarabağ" və "Neftçi"nin keçmiş məşqçisi): Azərbaycan millisi bu oyunda mütləq qalib gəlməlidir. Çünki futbola yatırılan o qədər para, infrastruktur artıq Azərbaycan meyvəsini verməlidir". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31