19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Amit Quluzadə: "Həmin məğlubiyyəti "Qəbələ"nin heç bir futbolçusu özünə sığışdırmır"

 

"Qəbələ"nin futbolçusu Amit Quluzadə Futbolxeber.az saytına müsahibə verib.

- Əvvəlcə "Qarabağ"a qarşı keçirdiyiniz son oyun haqda fikirlərini bilmək istərdik.

- Bizim üçün uğursuz oyun alındı. Qarşılaşma istədiyimiz kimi keçmədi. Halbuki həmişə "Qarabağ"a qarşı yaxşı oynayırdıq. Amma bu dəfə belə olmadı. Bir sözlə, bizim üçün arzuolunmaz oyun alındı. Artıq həmin yenilgini unutmuşuq. Çalışacağıq ki, qarşıdakı oyunlarda uğur qazanaq.

- Səncə, "Qarabağ"la oyunda uğur qazanmaq üçün komandanızda nə çatışmadı?

- Nə çatışmadı? Bunu mən dəqiq deyə bilmərəm. Bu sualı mənə yox, məşqçilərimizə versəniz, daha yaxşı olar.

- "Qəbələ" artıq 3 turdu uduzur. Komandanızın son turlarda ardıcıl olaraq uduzmasında AZAL-dan alınan böyükhesablı yenilginin rolu varmı? Ola bilər ki, komanda hələ də həmin ağır məğlubiyyəti unutmayıb?

- Ola bilər, bu da mümkündür. "Qəbələ"də toplaşan futbolçuların hamısı yüksəksəviyyəli futbolçulardı. O cür ağır yenilgiyə heç birimiz öyrəşməmişik. Buna görə də əminliklə söyləyirəm ki, həmin məğlubiyyəti "Qəbələ"nin heç bir futbolçusu özünə sığışdırmır. Amma həmin yenilgini, eləcə də "Qarabağ"a məğlubiyyəti unutmalıyıq. Çalışmalıyıq ki, toparlanıb, uğur qazanaq.

- Növbəti turda "Simurq"la qarşılaşacaqsınız. Həmin oyunda "Qəbələ" uğursuz seriyaya "dur" deyə biləcək?

- Bizim də məqsədimiz məhz budur. Son yenilgiləri unudub, indi bütün diqqətimizi qarşıdakı oyuna yönəltmişik. İnanıram ki, bu dəfə uğur qazana biləcəyik. 1 oyunda qələbə qazansaq, inşallah bunun ardı gələcək. Nə olur-olsun, qarşıdakı görüşlərdə uğurla çıxış etməliyik.

- Son yenilgidən sonra komandanız turnir cədvəlində altıncı pilləyə yuvarlandı. "Qəbələ"nin avrokuboklara qatılmaq şansı nə dərəcədə realdı?

- Düzdür, son turlardakı məğlubiyyətlə mövqeyimizi pisləşdirdi. Amma şansımız hələ də qalır. Mən deyərdim ki, hətta 1 faiz şansımız qalana qədər də, son anacan mübarizə aparacağıq. Bizim də məqsədimiz avrokuboklara qatılmaqdı. Çətin olsa da, bunun öhdəsindən gələcəyimizə inanıram.

- Dodo-Kamanan-Mendi "trio"su ölkədə ən güclü hücum xətti kimi tanınırdı. Amma son oyunlarda bu futbolçular uğurlu çıxış edə bilmirlər ki, bu da komandanızın uğursuzluğu ilə nəticələnir. Ola bilər ki, rəqiblər artıq onların qarşısını almağın yolunu tapıblar və "B" planı olmadığıma görə komandanız uğursuzluğa düçar olur?

- Yox, mən bu fikirlər razı deyiləm. Düzdür, onların hər biri yaxşı futbolçulardı və daim vurduğları qollarla komandanın uğur qazanmasında böyük pay sahibi olurlar. Amma "Qəbələ" təkcə bu 3 futbolçudan ibarət deyil. Biz hər zaman komanda oyunu sərgiləyirik. Buna görə də komandanın qazandığı uğurlarda olduğu kimi, üzləşdiyi uğursuzluqlarda da hər kəsin payı var. Konkret kimisə son uğursuzluqlara görə günahlandırmaq düzgün olmazdı. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30