26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Şahin Daniyev "Rəvan"ı məşqə çıxardı

"Rəvan” bu gün yenidən məşqləri bərpa edib. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın 9-cu turunda "Xəzər Lənkəran”la keçirilən oyundan sonra 4 günlük istirahətə buraxılan futbolçular yenidən bir araya gəlib. "Dalğa Arena”da keçirilən məşq həm də komandanın yeni baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında keçdiyi ilk hazırlıq olub. Məşqdən əvvəl isə yeni baş məşqçi komandaya təqdim olunub. Klubun vitse-prezidenti Bəhruz Şirəliyev və idman direktoru Füzuli Əliyevin də iştirak etdiyi tədbirdə Diniyev futbolçulara öz oyun konsepsiyasını izah edib və yetirmələri ilə səmimi söhbət edib.

Məşqə gəlincə, hazırlıq təxminən 1 saat davam etdi. Məşqdə Elvin Həsənəliyev və Aqil Nəbiyev fərdi proqram əsasında çalışdısa, qalan bütün futbolçular komanda şəklində hazırlaşdı. Yalnız zədə üzündən ili başa vuran Tofiq Mikayılovla Tacikistan yığmasının düşərgəsində olan Sohib Savankulov Diniyevin ilk məşqinə qatılmadı.


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30