20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Əsas odur ki, qələbə qazanaq"

Millimizin hücumçusu Rauf Əliyev DÇ-2014-ün qarşıdakı oyunları barədə danışıb.Futbolxeber.az-ın məlumatına görə, "Bakı"nın hücumçusu jurnalistlərə verdiyi açıqlamada yenidən Şimali İrlandiyanı məyus etmək istədiyini qeyd edib: "Şimali İrlandiya yığması ilə qarşılaşma bizim üçün çox vacibdir. Çünki hazırda qrup sonuncusuyuq. Bu oyun bizim qələbə qazanmağımız üçün yaxşı şansdır. Təbii ki, çətin olacaq. Çünki onlar da sonuncu oyunda uduzub. Ona görə bizimlə oyuna fərqli motivasiya ilə çıxacaqlar. Yaxşı məşq keçirik. Uşaqlar hamısı qarşıdakı oyunlara böyük istəklə hazırlaşır. İnşallah, yenə qol vurmağa çalışacağam. Əsas odur ki, qələbə qazanaq. Qol vurmağa gəlincə, işim fərqlənməkdir. Əlimdən gələni edəcəyəm ki, Şimali İrlandiyanın qapısına yol tapım. Hücumçu olsam da, həmişə müdafiəyə də kömək edirəm. Düzdür, rəqibin künc zərbələri təhlükəli olur. Təbii ki, bu dəfə standart zərbələr zamanı arxa xəttə kömək etməyə çalışacağam. İstəyirik ki, belə vəziyyətlərdən qol buraxmayaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30