29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Mahir Şükürov: "İstəyirik ki, Rusiyanı da büdrədək"

"Bilirik ki, qarşıda iki vacib oyunumuz var. Ona görə də məşqlərdə nə gücümüz varsa ortaya qoyuruq ki, oyunlar zamanı bizim üçün asan olsun". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri millimizin müdafiəçisi Mahir Şükürov deyib. Millinin qarşıdakı oyunları ilə bağlı jurnalistlərə açıqlama verən Şükürov Şimali İrlandiya ilə matçda qələbə qazanmağa borclu olduqlarını qeyd edib: "Şimali İrlandiya güclü komandadır. Rusiya yığmasını öz meydanında məğlub etməyi bacarıb. Ona görə də bizi çətin oyun gözləyir. Bununla belə, biz bu matçda qalib gəlməyə borcluyuq. Rusiya yığması da güclü rəqibdir. İstəyirik ki, onları da büdrədək və bununla da, 2 il əvvəl Rusiya yığmasına qarşı göstərdiyimiz oyunun təsadüfi olmadığını sübut edək. Bilirik ki, Şimali İrlandiya millisi ilə oyunda qalib gəlməsək, qrupda sonuncu yeri bilərik. Ona görə də istəyirik ki, qalib gəlib 8 xal toplayaq və yuxarı pillələrə qalxaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31