29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qəbələ" "Vilyareal"la bacarmadı

 

Antalyada IV Vodafone Kubokunda çıxışını davam etdirən “Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası bu gün turnir çərçivəsində 2 oyun keçirib. Futbolxeber.az-ın məlumatına görə, qrup mərhələsinin son oyununda “Kızılcahamamspor”la qarşılaşan “qırmızı-qaralar” rəqibinə heç bir şans verməyib. Türkiyə təmsilçisini 4 dəfə meydançanın mərkəzinə dəvət edən “Qəbələ” qapısını toxunulmaz saxlaya bilib – 4:0. Matç Təbriz İsazadənin het-triki ilə yadda qalıb. Digər qol isə Məhəmməd Abbaslının aktivinə yazılıb. Bu nəticədən sonra 2 qələbə və 1 məğlubiyyətlə “Qəbələ” qrup mərhələsini 2-ci pillədə adlayıb. 1/16 final mərhələsində isə təmsilçimiz İspaniya “Vilyarreal”ı ilə üz-üzə gəlib. “Qırmızı-qaralar” matçı yüksək səviyyədə keçirsə də, yekunda ispaniyalılar 2:0 hesabilə qalib gəlib. “Qəbələ” turnir çərçivəsində növbəti oyununu aprelin 3-ü keçirəcək. 9-16-cı yerlər uğrunda qarşılaşmada komandamız “Sarıyer”lə münasibətlərinə aydınlıq gətirəcək.
 
Sabah isə turnirdə All Star matçı baş tutacaq. Sözügedən oyunda Əcnəbilər yığması ilə Türk yığması üz-üzə gələcək. Əcnəbilər yığmasının qapısını “Qəbələ”li Murad Cəfərov qoruyacaq. Bakı vaxtı ilə 15:30-da start götürəcək matç NTV Spor kanalı vasitəsilə canlı yayımlanacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31