20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ"nin 10 futbolçusu yığma komandalarda

"Qəbələ"nin 10 futbolçusu yığma komandalara dəvət alıb. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycanın U-19 millisi 6, U-21 millisi 1, əsas yığma komandası isə 2 futbolçuya dəvət göndərib. Sloveniya yığması 1 oyunçunu heyətinə çağırıb.

Oktaybrın 10-dan 15-dək İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində "Qəbələ"ni Sadiq Quliyev, Elvin Camalov, Ehtiram Şahverdiyev, Elnur Mustafazadə, Şirməhəmməd Məmmədov və Şamil Camaləddinov təmsil edəcək.

Ürfan Abbasov 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da səfərdə Norveç, oktyabrın 15-də isə Bakıda Portuqaliya komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətində forma geymək şansı qazanıb.

Volodimir Levin və Elnur Allahverdiyev  Azərbaycanın əsas yığmasına dəvət alıb. Müdafiəçilər dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Şimali İrlandiya, oktyabrın 15-də isə Rusiya yığması ilə qarşılaşacaq miilimizin düşərgəsinə yollanıb.

Digər müdafiəçi Deyan Kelhar isə dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Sloveniya-Norveç (11 oktyabr) və İsveçrə-Sloveniya (15 oktyabr) matçlarında yer ala bilər.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30