20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Simurq" AZAL-la görüşə hazırlaşır

Ötən tur "Şəfa" stadionunda meydanda bir nəfər az qalmasına baxmayaraq, hazırkı turnir cədvəlinin lideri ilə qolsuz heç-heçə edən "Simurq", növbəti oyunun hazırlıqlarını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, bu görüşdən sonra yetirmələrinə istirahət verməyən Georgi Çixradze, futbolçularını AZAL-la görüşdə qələbəyə kökləməyə çalışır. Hər gün "Şəfa" stadionunda məşqləri davam etdirən Zaqatala təmsilçisi, əsasən takitiki və texniki tapşırıqların yerinə yetirilməsi üzərində çalışır. Sabah komanda qarşılaşmanın keçiriləcəyi "AZAL Arena"da sonuncu məşqinə çıxacaq. 
Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizli komandadan ayrı, qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında hazırlıqları davam etdirir.  
Qeyd edək ki, Premyer Liqanın IX turu çərçivəsində keçiriləcək AZAL - "Simurq" oyunu oktyabrın 4-də, saat 18:00-da, "AZAL Arena"da keçiriləcək. Cəza səbəbindən Draqan Çeran və İlkin Qırtımov bu görüşdə forma geyə bilməyəcək.
 

simurqpfk.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30