30 Noyabr 2023, Cümə axşamı
Şahin Diniyevdən “Şəfa”ya jest
"Şamaxı"da yeni baş məşqçi
AFFA Ruslan Abışovu təltif etdi
Rəşad Sadıqov: “Bir xal pis deyil”

Ölkə futbolu

“Qarabağ” - “Neftçi” oyununun biletləri satışa çıxır

Azərbaycan Premyer Liqasının 8-ci turunda keçiriləcək “Qarabağ” - “Neftçi” qarşılaşmasının biletləri sabah saat 11:00-dan satışa çıxarılacaq. 

Futbolxeber.az saytının Ağdam klubunu feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, biletlər sabah yalnız onlayn (iticket.az) satılacaq. 

Oyun günü isə biletləri həm iticket.az, həm də “Azersun Arena”nın kassasından almaq mümkün olacaq. 

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 5 manat, mərkəzi sektorlar 10 manat, VIP biletlər isə 20 manat təşkil edir.

Qeyd edək ki, J1, J2, K1, K2, L1, L2 sektorları “Neftçi” azarkeşləri üçün nəzərdə tutulub.

Əlavə edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2023
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30