18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Rəvan"ın seriyası qırıldı

Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində "Rəvan” evdə AZAL komandasını qonaq etdi və hesab açılmayınca hər iki komanda 1 xal qazandı. Futbolxeber.az-ın məlumatına görə, bu 0:0-ın xüsusi özəlliyi də var. Belə ki, "Rəvan"ın Premyer Liqa matçlarında ilk dəfə AZAL-a qol vura bilmədiyi oyun 1 ildən çox davam edən seriyanın qırılması ilə nəticələndi. 2012/13 mövsümünün 4-cü turu çərçivəsində "Qarabağ”a qarşı keçirilmiş oyun 24 avqust 2012-ci il tarixinə təsadüf edir. Başqa sözlə, "Rəvan” Premyer Liqada düz 401 gündən sonra 0:0 oynadı. Maraqlıdır ki, "Rəvan" AZAL klubunun qol seriyasının qırılmasının baiskarı olub. Buna qədər "təyyarəçilər” Premyer Liqada ardıcıl 19 oyun meydanı qol vuraraq tərk etmişdi.

Evdə ardıcıl ikinci heç-heçəsinə razılaşan "Rəvan” üçün bu oyunun digər önəmli cəhəti komandanın Azərbaycan çempionatları çərçivəsində 120-ci görüşünü keçirməsi oldu. Belə ki, I divizionda 48 matça çıxan "aslanlar” Premyer Liqada 72-ci görüşünü keçirdi. Yubiley oyununda 24-cü heç-heçənin qeydə alındığını da qeyd edək. Ümumi balans idə belədir: +53 =24 -43; 174-153. Maraq üçün "Rəvan"ın Azərbaycan çempionatları çərçivəsində evdə keçirdiyi 60-cı qarşılaşmada 14-cü dəfə "sülh” bağladığını da bildirək.


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30