Ölkə futbolu
Aleksey Baqa: "Bu, hər şeydən əvvəl kişi hərəkəti olmaz."
Bir neçə gün öncə "Sumqayıt"ın baş məşqçi postundan istefa verən belaruslu mütəxəssis Aleksey Baqanın a müsahibəsi
- Sizin kimi tanınmış baş məşqçinin "Sumqayıt"dan belə tez gedəcəyi gözlənilməz oldu. Çünki klubla 2,5 illik müqavilə imzalamışdınız. Amma yekunda heç 1 il işləmədiniz. Özünüz üçün belə gedişat sürpriz olmadı?
- Normal vəziyyətdir, komandanın qələbəsi yoxdur. Aydın məsələdir ki, baş məşqçidən nəticə tələb olunur. Bu müddətdə xal toplaya, komandayla turnir cədvəlində yuxarı qalxa bilmədim. Buna görə normal durumdur.
- Hələ V turda "Neftçi"yə "Bakcell Arena"da 0:3 hesablı məğlubiyyətdən sonra mətbuat konfransına gəlmədiniz, jurnalistlərin qarşısına köməkçiniz Rail Məlikov çıxdı. Həmin vaxt istefa verib getmək istəyirdiniz?
- Yox, onda istəmirdim. Sadəcə, daxildə çox neqativ hisslər yığılmışdı. Çünki əvvəlki klublarımda qələbə qazanmağa öyrəşmişdim. Bu qədər udmayanda adət etmədiyim hisslər yaşadım. Buna görə emosional an idi. Üstəlik, həqiqətən elə alındı ki, ailəmin yanında olmalı idim. Övladım xəstələnmişdi, həyat yoldaşım yad şəhərdədir, tez kömək etməli idim. Necə deyərlər, bəd şey bir olmur, dalbadal gəlir.
- Niyə "Sumqayıt"da işiniz alınmadı? Bəlkə transferlər sizin istəyinizlə edilməmişdi. Uğursuzluğu soyuq başla analiz etmisiniz?
- Açığı, baş hələ də soyuq deyil. İstənilən halda, hansısa analiz olacaq. Çünki mənim üçün də xoşagəlməyən məqamdır ki, niyə alınmadı. Qazaxıstanda "Aktobe"ni saymasaq , bunadək çalışdığım digər komandalarda işim çox yaxşı alınıb. Bu, Litvada "Jalgiris"də də belə idi, Belarusda BATE-də də, Soliqorsk "Şaxtyor"unda da. Hamısında çempion oldum. Burada isə uğur qazanmaq mümkün olmadı. Əlbəttə, səbəbini özümdən soruşacağam.
- Bəlkə Azərbaycan Premyer Liqasını ciddiyə almadınız...
- Yox-yox. Bu, ola bilməz! Azərbaycan Premyer Liqasının səviyyəsindən xəbərim var idi. "Neftçi" və "Qarabağ"ın gücünü əzbər bilirdim. Eyni zamanda "Qəbələ"ni Yuri Syomin və Roman Qruqorçukun dövründən yaxşı tanıyırdım. Bu mənada, ciddiyə almamaq söhbəti dəqiq yox idi. Premyer Liqanız, burada oynayan legionerlər yetərincə səviyyəlidir. Bir ölkəyə gəlib, burada futbol oynaya bilmədiklərini düşünmək peşəkarlıqdan kənardır. Bu, düzgün deyil.
- Litva və Belarusda güclü komandalarla işləmisiniz. Hər biri öz ölkəsinin flaqmanı sayılır. "Aktobe"ylə "Sumqayıt" isə belə deyillər. Bəlkə hazır klublarda nəticə verə bilirsiniz, nisbətən zəif komandalarda isə daha çox çalışmaq lazım gəlir...
- "Aktobe"ylə bağlı düzəliş edim ki, Qazaxıstan çempionudur və avrokubokların iştirakçısı olub.
- Bilirəm, amma indi Qazaxıstanda liderlərdən sayılmır, "Astana", "Kayrat", "Tobol" ön plandadır...
- İstənilən halda "Aktobe"nin tarixi, Qazaxıstan futbolunda adı var. Ola bilər ki, "Sumqayıt" belə titullu klub deyil. Amma buna baxmayaraq, gəlib işləməyə razılıq verdim. Sadəcə, alınmadı, vəssalam!
- "Sumqayıt"ın tarixində ilk dəfə legioner transferinə məhz sizin vaxtınızda icazə verildi və gətirilənlərin səviyyəsi çox müzakirə olunur. Sizcə, onlar keyfiyyətli oyunçular deyil?
- Artıq klubda işləmədiyimdən heç nəyi şərh etməyəcəyəm. Ola bilər ki, hətta bu məsələni gündəmdən çıxaraq. Bu, yaxşı, peşəkar olmayacaq. "Sumqayıt"ın işçisi olduğum son dəqiqəyədək fikir bildirə bilərdim, amma indi bu barədə danışmayacağam. Bu, hər şeydən əvvəl kişi hərəkəti olmaz.
- Azərbaycanda işləməyə gəldiyinizə görə peşman deyilsiniz?
- Qətiyyən! Bu, təcrübədir, məşqçi işidir. Hələ BATE-də işləyərkən "Qarabağ"la oyun üçün Bakıda olduğum vaxtda şəhərin gözəlliyini görmüş, burada yaxşı insanların olduğuna şahidlik etmişdim. Yəni, ümumiyyətlə, mənfi bir şey deyə bilmərəm. Yalnız ondan başqa ki, burada nəticə qazana bilmədim. Buraya gəldiyimə görə heç bir şikayətim yoxdur. Yeni tanışlıqdır, yeni təəssüratlardır. Kimliyindən asılı olmayaraq, hər bir rəqiblə oyundan öncə həmkarlarımla gözəl münasibət, ünsiyyət qurmuşam. Böyük mütəxəssis Qurban Qurbanovdan tutmuş digər klublarda işləyən həmkarlarımadək.
- Yəni hesab etmirsiniz ki, Azərbaycanda uğursuz işiniz imicinizə mənfi təsir göstərəcək?
- Yox. Necə deyərlər, nəticə baxımından mənim üçün heç də yaxşı dövr deyildi. Amma eyni zamanda təkan, daha çox işləmək analiz etmək üçün siqnaldr ki, Rusiyada, "Qarabağ"da, millidə işləyən həmkarlara bənzəyəsən.
- Maraqlıdır, "Sumqayıt"dan getməklə bağlı ilk addımı siz atdınız, yoxsa rəhbərlik?
- Dediyim kimi, nəticə yoxdursa, istənilən halda, baş məşqçi buna cavahdehdir.
- Sirr deyilsə, təzminat istədiniz? Çünki klubla 2 ilə yaxın müqaviləniz vardı...
- (gülür) Heç bir şey istəmədim. İnanın ki, xoşluqla ayrıldım. Bura pul dalınca deyil, futbolla məşğul olmağa gəlmişdim. Təəssüf ki, alınmadı.
- Artq yeni variantlar var?
- İstefamdan cəmi bir neçə gün keçib. Belarusda çempionat bitir, həlledici mərhələdir. Başqa yerdə başqa amillər var. Üstəlik, dünyadakı vəziyyəti unutmayın: logistika və bir çox məsələlərlə bağlı çətinlikdir. Fikrimcə, istənilən halda, bir variant olacaq. Əsas odur ki, dünyada sülh, əmin-amanlıq olsun, heç bir pis xəbər eşitməyək, hamı sağ-salamat olsun. Futbolla isə hansısa bir formada məşğul olarıq.
- Hələ də Bakıda olmağınızın səbəbi nədir?
- Övladım Bakıda məktəbə başlayb. Burada nə qədər qalacağımı bilmirəm. Bunu təxmin etmək çətindir. Ola bilər ki, sabah nəsə olsun. Bakıda yaşayıram, hələlik buradayam. Sadəcə, başqa ölkədən təklif olsa, dərhal gedə bilərəm. Hər gün təyyarə reysləri var ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA kisənin ağzını açdı: 6:1-lik qələbəyə görə İNANILMAZ MÜKAFAT
- “Şəfa”nın yeni baş məşqçisi müəyyənləşdi - ÖZƏL
- “Dinamo” Klublar Komitəsinə müraciət etdi: “Bu, bizim haqqımızdır” (Müsahibə)
- “Qarabağ”a qarşı namərdlik
- Cavadovdan “Dinamo”ya dəstək
- Millimizin qapıçısı: “Soruşdum ki, niyə söyüş söyürsən?”
- “Qarabağ”ın yeni transferi: “Keçidimə İmad Faraj dəstək oldu”
- Klub rəsmisindən AFFA-ya cavab: “Bunlar “Neftçi”yə eyham vurularaq istifadə edilə bilməz”
- Santuşla əlimiz bala batdı, qaldı Rui Jorge?..
- Kurçinin qolu ayın ən yaxşısı seçildi
- "Tottenhem" öz meydanında uduzdu
- “Qarabağ” - “Araz-Naxçıvan” oyununun biletləri satışda
- Azərbaycan nümayəndə heyəti Strasburqda Avropa Şurasının antidopinq iclaslarında iştirak edib
- “Füzuli Məmmədovun gəlişindən sonra komanda daha xarakterli olub”
- Ehtiram Quliyev: “Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik”
-
12:36
"Atletiko" - "Barselona": 1 qırmızı vərəqə, 3 qol VİDEO
-
12:20
Joni Montiel: “Kim deyir ki, “Qarabağ” çempionluqdan əlini üzüb?”
-
12:07
“Qalatasaray” “Trabzonspor”a məğlub oldu VİDEO
-
11:43
“Əksər komandalarda “İsgəndər Cavadov” akademiyasının futbolçuları var”
-
11:18
“Arsenal” kubokla vidalaşdı VİDEO
-
10:54
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
“Bavariya”dan möhtəşəm geridönüş VİDEO
-
10:22
Axundzadə ABŞ-da ikinci oyununa çıxdı
-
10:09
"Mançester Siti" "Liverpul"u darmadağın etdi VİDEO
-
09:56
Zamiqin komandası het-triklə sevindi
-
09:41
“Bayer”dən 6 qollu qələbə VİDEO
-
09:27
Cəlal oynadı, komandası qalib gəldi
-
09:13
"Real"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:00
“Kəpəz” “Qəbələ”yə, “Sumqayıt” “Neftçi”yə qarşı
-
16:22
Azərbaycan Kubokunun yarımfinalında 18 illik məhsuldarlıq təkrarlanıb
-
15:14
Kadidən 40-cı qol
-
14:50
Eren Aydın: “Turan Tovuz”a qol vuracağımı hiss edirdim”
-
14:37
"Zirə" Azərbaycan Kubokunda 25-ci qələbəsini qazanıb
-
14:01
Səfir Antalyada “Qarabağ”ın U-12 komandasını ziyarət etdi
-
13:48
A seriyasında ən yaxşı məqşçisi kim seçildi?
-
12:29
Gəncədə yeniyetmə cüdoçular arasında Avropa Kuboku başlayır
-
12:13
Marko Yankoviç: “Hələ heç nə bitməyib”
-
11:56
"Mingəçevir" "Şəfa"nı 5 qolla məğlub etdi VİDEO
-
11:32
II Liqada hakim təyinatları açıqlandı
-
11:15
"Şahdağ Qusar" 3 xalı tək qolla qazandı VİDEO
-
11:00
Ronaldo qayıdışını dublla qeyd etdi
-
10:44
Orxan Məmmədov: “Əsas məqsədimiz minifutbolu gənclər arasında yaymaqdır”
-
10:27
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:08
26-cı turun hakim təyinatları açıqlandı
-
09:31
PSJ 3 xalı 3 qolla qazandı VİDEO
-
00:59
Seymur Məmmədov: “Deməzdim ki, “Zirə”nin çempionluğu sürpriz oldu”
-
00:36
Son 10 mövsümün azarkeş rekordu
-
00:13
Qurban Qurbanov: “Azarkeşlər baxımlı futbol izləsinlər, biz uduzsaq da olar”
-
23:27
"Qarabağ"dan heç-heçə VİDEO
-
22:33
"Zirə" Azərbaycan çempionu oldu
-
21:56
"Zirə" finala yaxınlaşdı, "Qarabağ" qələbəni əldən verdi
-
21:42
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi VİDEO
-
21:11
"Hakimlərdən danışmaq istəmirik, danışanda bizi cərimələyirlər"
-
20:38
“Finala çıxdığımızı düşünmürəm”
-
20:20
Ehtiram Quliyev od püskürdü: “Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq”
-
19:48
Bakı Kristal Zalı növbəti "Baku Open" şahmat festivalına ev sahibliyi edəcək
-
18:17
“Sumqayıt” “Neftçi” ilə oyuna hazırlaşır FOTOLENT
-
18:02
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsi start götürüb
-
17:35
“Şəfa” darmadağın oldu
-
17:24
Türkiyənin Gəncədəki Baş konsulu “Kəpəz”in qonağı olub
-
16:53
“Araz-Naxçıvan” məşqləri bərpa edib
-
16:41
“Neftçi”nin futbolçuları autizmli gənclər və əlilliyi olan şəxslərlə görüşüblər FOTOLENT
-
16:19
İngiltərədə ən yaxşı məşqçisi müəyyənləşdi
-
16:00
"Fənərbaxça"nın futbolçusu azadlıqda
-
15:36
İspaniya klubu 37 yaşlı hücumçu ilə anlaşdı
05.04.2026
04.04.2026
03.04.2026























