6 Noyabr 2025, Cümə axşamı
Qələbəyə bərabər heç-heçə
Qurbanov BBC-yə danışdı
"Çelsi" Bakıya bu heyətlə gəldi
Ayın qolunun qalibi mükafatlandırıldı

Ölkə futbolu

Kökçü: "Qürurlu və sevincliyəm"

Millimizin yarımmüdafiəçisi Ozan Can Kökçü UEFA Millətlər Liqasının 6-cı turunda bu gün Qazaxıstana qalib gəldikləri oyundan (3:0) sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb.

- Oyunla bağı fikirlərin nədir?

- Çox xoşbəxtik. Ardıcıl 3-cü qələbə oldu. Qürurlu və sevincliyəm. Hər kəs qürurludur. Bunu gələcək turnirlərdə də davam etdirməyə çalışacağıq.

- Artıq millidə yerini aldığını düşünürsən?

- Milli elə yerdir ki, burada hər zaman olacaqsan deyə bir şey yoxdur. Daim izlənilirsən. Bura gələndə hər zaman canla-başla çalışmalısan. 

- Qardaşın Orkun Kökçü Türkiyə millisindədir, sən də Azərbaycan...

- Biz milliyətçi ailəyik. Azərbaycan və Türkiyənin mənim üçün fərqi yoxdur. Qürurlu və xoşbəxtik.

- Bu matçlar göstərdi ki, yaxşı formadasan. Azərbaycana qayıtmağı düşünürsən?

- Nə danışsam, yanlış başa düşülər. Azərbaycanda yaxşı komandalar var. "Qarabağ", "Neftçi", "Zirə"... Futbolda nəyin necə olacağını bilmək olmaz. İndi "Eyndhoven"də özümü yaxşı hiss edirəm, işlərimiz yaxşı gedir. Mövsümün sonunda necə olacağını görəcəyik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30