24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Xəzər Lənkəran" Bakıya üz tutdu

Cümə günü Bakıda, paytaxtın “Rəvan” klubunun qonağı olacaq “Xəzər Lənkəran” bu oyunun Lənkərandakı hazırlığını başa vurub. Futbolxeber.az-ın məlumatına görə, komanda 4 gün davam edən hazırlıq müddətində taktiki və fiziki çalışmalar üzərində məşqlərini yekunlaşdırıb. Bu gün səhər məşqindən sonra Lənkərandakı bazasından Bakıya yola düşən “Xəzər Lənkəran” paytaxtda məskunlaşaraq “Rəvan”la matçın hazırlığını davam etdirəcək. Qarşıdakı üç gündə komanda məşqlərini “Bayıl Arena”da keçirəcək. Hazırda zədəli olduğundan məşqlərə qatıla bilməyən Etame Mbilla da komanda ilə birgədir və futbolçunun müalicəsi davam etdirilir. Digər tərəfdən yüksək hərarətdən əziyyət çəkən Edu Oriol və millinin uzun sürən toplanışından dönən Elnur Cəfərov artıq komanda ilə birgə hazırlıqlarda iştirak edirlər. 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30