30 Mart 2026, Bazar ertəsi
Millimiz Syerra Leoneni sınağa çəkir
Riad Rəfiyev Harvardın məzunu oldu
“Dinamo” 6 qollu qələbə qazandı
“Bir qələbə ilə rahatlaşmaq olmaz”

Ölkə futbolu

“Qarabağ”ın ən məhsuldar səfəri

“Qarabağ” Azərbaycan çempionatlarında ən məhsuldar səfər oyununu keçirib. 

Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu Azərbaycan Premyer Liqasının VII turunda “Zirə”nin qapısına 7 qol vurub. Bu, bölgə təmsilçisinin səfər görüşləri üçün yeni rekorddur.

“Qarabağ” 1992-ci ildən keçirilən ölkə çempionatlarında yalnız öz meydanında 7 və ya daha çox qol vurmağı bacarmışdı. 7:1 hesablı qələbə qazanan ağdamlılar həm də ən böyükhesablı səfər qalibiyyətini təkrarlayıb. Bu, “Qarabağ”ın rəqib meydanındaki altı top fərqli 5-ci uğurudur.

Bu, həm də “Zirə”nin 7 qol buraxdığı ilk qarşılaşmadır. Qəsəbə təmsilçisi tarixində 3-cü dəfə 6 top fərqilə uduzub.

Qeyd edək ki, Zirədəki oyun həm mövsümün ən məhsuldar matçı, həm də ən böyükhesablı nəticəsi olub (pfl.az).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31