20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Elə bu gün Pantiçlə danışacağam"

"Yox, zədəli deyiləm. Özümü yaxşı hiss edirəm. Məşqlərdə də tam gücümlə çalışıram. Oynamağımın səbəbini bilmirəm. Yaxşı olar ki, bunu məndən yox, Pantiçdən soruşasınız". Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri "Bakı"nın üzvü Risto Ristoviç deyib.

Serbiyalı futbolçu geridə qalan 8 tur ərzində cəmi 1 dəfə meydana çıxıb. İlk turda "Qəbələ"yə qarşı baş tutan matçda Ristoviç 85-ci dəqiqədə meydana daxil olub. Üçüncü turda "Rəvan"a qarşı keçirilən oyunda isə Ristoviç sona kimi ehtiyatda qalıb. Qalan 6 matçda isə serbiyalı yarımmüdafiəçinin adı "18-liy"ə düşməyib.

Ristoviç oynamaması barədə baş məşqçi Milinko Pantiçlə danışacağını qeyd etdi: "Baş məşqçi ilə aramda heç bir problem yoxdur. Yenə deyirəm, oynamamağımın səbəbini bilmirəm. Bu haqda onunla söhbət etməmişəm. Amma elə bu gün Pantiçlə bu barədə danışacağam".

  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30