28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Ölkə futbolu

Elmar Baxşıyev: “Mövsümdə ən yaxşı oyunumuzu keçirdik”

“Mövsümdə ən yaxşı oyunumuzu keçirdik. Daim düşünülmüş şəkildə hücumda olmaq istəyirik. Bunu meydanda görə bildim”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün "Zirə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, səfərdə uduzduqları matçı (1:2) belə şərh edib: "Komandama belə oyuna görə təşəkkür edirəm. Qələbəyə daha çox layiq idik. Futbolun özəlliyi də ondan ibarətdir ki, həmişə güclü qalib gəlmir. “Zirə” yaxşı komandadır. Onları təbrik edirəm. Öz komandama inanıram. İddiamızdan əl çəkməyəcəyik. Daha da iddialı olacağıq. O qədər epizodu dəyərləndirmirsənsə, rəqibə şans verirsən. Rəqib də demək olar 2-3 hücumdan ikisini dəyərləndirdi. Ruhdan düşməyəcəyik. Komandam sağlamdır, möhkəmdir və daha artığını etməyi bacaracaq”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28