16 Mart 2026, Bazar ertəsi
Ayın qolunun müəllifi mükafatlandırıldı
Yuri Vernidubdan qələbə şərhi
Emreli 8 ay sonra qol vurdu
Berdiyev: “Vacib iki xal itirdik”

Ölkə futbolu

Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

"Mənim sehirli çubuğum yoxdur".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Kəpəz"in yeni baş məşqçisi Tərlan Əhmədov jurnalistlərə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bu gün keçirilən təqdimat mərasimində "Kəpəz" üçün görüləcək işlərdən danışıb: 

"Gəncə şəhərində futbol ənənəsi var. Şəhər futbolla yaşayır. Bura Azərbaycanın ən çox futbolçu yetişdirdiyi şəhərdir. Hamımız birlikdə çalışmalıyıq ki, bu adət-ənənə geri qayıtsın. Hər halda mən də bilirəm ki, uzun müddətdən sonra Premyer Liqaya qayıdan komandada hansı çatışmazlıqlar var. Amma bunlar bizim üçün bəhanə olmamalıdır. Biz öz işimizi görməliyik. Yaxşı nəticələr qazanıb, komandanın uğurunu, keçmişini özünə qaytarmalıyıq. Bir neçə dəfə demişəm ki, mənim sehirli çubuğum yoxdur. Hamılıqla - Gəncə şəhər İcra Hakimiyyəti, klubun İdarə Heyəti, veteranlar, fanatlar birlikdə bu komandanı qaldırmalıyıq. Birdən-birə heç bir uğur olmur. Amma sizə söz verirəm ki, zamanla siz komandada yaxşı dəyişiklikləri görəcəksiniz. Bunun üçün görüləcək işlərimiz həddindən artıq çoxdur" ("Report").








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31