29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AZAL-ın 19 oyunluq seriyası qırıldı

Bakının AZAL klubunun qol seriyası qırılıb. Futbolxeber.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasında ardıcıl 19 oyun meydanı qol vurmadan tərk etməyən Vaqif Sadıqovun yetirmələri 8-ci turun “Rəvan”la görüşündə rəqib qapısına yol tapa bilməyib.

Sonuncu dəfə ötən çempionatın 20-ci turunda, fevralın 16-dakı qarşılaşmada (0:2) “Bakı”nın qapısına qol vura bilməyən AZAL bundan sonrakı 19 qarşılaşmada 42 dəfə rəqib qapıçılarını məyus etmişdi.

Bakılılar bununla da klub tarixinin ən yaxşı nəticəsini - 2007-ci ildə ardıcıl 10 oyun qol vurmaq rekordunu təxminən 2 dəfə yaxşılaşdırıb. Mütləq rekord isə 1993-95-ci illərdə ardıcıl 33 oyunda qol vuran “Turan”a məxsusdur. “Şəmkir” 28 oyunluq seriya ilə 2-cidir. “Neftçi” və “Kəpəz” ardıcıl 25 matçda qol sevinci yaşayıb. Sonuncu 2 komandanın hərəsi daha 2 dəfə uğurlu seriyası ilə diqqət çəkib. Bakılılar 22 və 19, Gəncə təmsilçisi 23 və 21 qarşılaşmada bunu bacarıb.

Qeyd edək ki, AZAL-ın seriyasının qırılmasından sonra yalnız 1 komanda - “İnter” cari mövsüm bütün oyunlarda qol sevinci yaşayıb. 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31