21 Oktyabr 2025, Çərşənbə axşamı
“Qarabağ” İspaniyaya yollandı
"Qəbələ"dən hakimlərə etiraz
"Sumqayıt"dan əlamətdar qələbə
Vensan Abubakar Bakıya gəldi

Ölkə futbolu

“Kəpəz”in 2 futbolçusu əvəzedici heyətə göndərildi

“Kəpəz”in 2 futbolçusu - kapitan Tural Axundov və hücumçu Rauf Əliyev əvəzedici heyətə göndərilib. 

Futbolxeber.az saytının məlumatına görə, hər iki oyunçu bu gün I Divizionun II turu çərçivəsində “Kəpəz-2”nin “Turan Tovuz-2”yə qarşı keçirəcəkləri matçda iştirak edəcəklər. Həm Tural Axundov, həm də Rauf Əliyev Tovuz klubuna qarşı start heyətdə meydana çıxacaqlar. Sözügedən qarşılaşma 16:00-da start götürəcək.

Xatırladaq ki, Tural Axundov və Rauf Əliyev Azərbaycan Premyer Liqasının son turunda “Səbail”lə görüşdə meydandan qovulublar. Onlar qarşıdakı turda Gəncə klubuna kömək edə bilməyəcəklər.   

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31