25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Amil Ağacanov: "Bunu heç düşmənimə də arzulamıram" (Müsahibə)

"Simurq"un qapıçısı Amil Ağacanov Futbolxeber.az saytına müsahibə verib.

- "Facebook"da status yazaraq, futboldan getmək istədiyini bildirmisən.

- Hə, futboldan getmək istəyirəm. Çünki şəxsi həyatım buna məcbur edir. Heç cür özümü əla ala bilmirəm. Hamıdan uzaq olmaq istəyirəm.

- Ananın ölümüdən artıq bir müddət vaxt keçib. Yenə də özünə gələ bilmirsən? Bəlkə nəsə başqa problem var?

- Atam da xəstədi, başqa problemlerim var. İnanmıram ki, tezliklə nəsə düzəlsin.

- Futbolu atandan sonra neyləyəcəksən, nə işlə məşğul olacaqsan? Axı həyat davam edir. Özün də cavansan, gələcəyin hələ qabaqdadır...

- Bilirəm qardaş, amma ürək ağrısı, yaxınlarının ağrısını, acısını görməyi heç kimə arzulamıram. Heç düşmənimə də.

- Bu haqda "Simurq" rəhbərliyi ilə danışmısan?

- Yox, hələ heç kəs bilmir.

- Bəs nə vaxt deməyi düşünürsən? Bu addımınla klub rəhbərliyini pis vəziyyətdə qoya bilərsən. İnsanlar sənə güvənib, komandaya gətiriblər...

- Mən insanam, əgər pis vəziyyətdəyəmsə, onlar məni başa düşərlər. Bilirəm, bu çıxış yolu deyil, amma özümlə bacara bilmirəm.

- Rəhbərliklə nə vaxt danışmaq fikrindəsən?

- Hələ bilmirəm.

Elman MƏHƏRRƏMOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30