20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ" "Çernomorets"ə uduzdub, "Real-Sukçes"i üstələdi

"Qəbələ"nin 15 yaşa qədər futbolçulardan ibarət komandası Ukrayna Prezidenti Kubokunda çıxışını davam etdirir. Futbolxeber.az-ın məlumatına görə, "Artek" Beynəlxalq Uşaq İstirahət Mərkəzində keçirilən turnirdə "Qəbələ" artıq qrup mərhələsi çərçivəsində iki oyun keçirib. İlk oyunda "qırmızı-qaralar" yerli "Çernomorets"lə üz-üzə gəlib. Təmsilçimiz bu görüşdə 2:4 hesabilə məğlub olub. "Qəbələ"nin heyətində Fərid Nəbiyev və Əli Sadıqov fərqlənib.

 Qrupun ikinci oyununda "qırmızı-qaralar" Moldova təmsilçisi "Real-Sukçes"lə qarşılaşıb. Oyuna üstün başlayan "Qəbələ"nin bu üstünlüyü özünü hesabda da göstərib. Fərid Nəbiyevin 4-cü, İlkin Abdullayevin isə 7-ci dəqiqədə vurduğu qollar təmsilçimizi 2:0 önə çıxarıb. Rəqibin gücü isə yalnız təsəlliverici qola çatıb. Matçın son dəqiqəsində moldovanlar penalti zərbəsindən hesab arasındakı fərqi azaldıblar. Beləliklə, "Qəbələ" turnirdə keçirdiyi ikinci oyununda qələbə qazanıb - 2:1.

Qrup mərhələsinin III - son turunda "qırmızı-qaralar" Kiyev "Dinamo"su ilə münasibətlərinə aydınlıq gətirəcək. Matç oktyabrın 1-i Bakı vaxtı ilə saat 14:15-də baş tutacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30