14 Mart 2026, Şənbə
“Sumqayıt”dan azarkeşlərə jest
“Səbail” “Mingəçevir”ə qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət
XXIV turun hakim təyinatları

Ölkə futbolu

“Sevindirici məqam odur ki, son dəqiqələrdə “Neftçi”yə qol vura bildik”

"Rapid"in (Vyana, Avstriya) futbolçusu Qvido Burqştaller Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"yə Bakıda uduzduqları ilk matç (1:2) barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, komandasının yeganə qolunu vuran  33 yaşlı hücumçu klubun televiziyasına açıqlamasında deyib:

“Birinci hissədə yaxşı çıxış etmədik, futbol oynamağa çalışmadıq. Birinci hissədə özümüzü çox çətin vəziyyətə salırdıq. Ancaq sevindirici məqam odur ki, son dəqiqələrdə qol vura bildik. Bu çox vacib idi. Çətin olsa da, hər şey cavab matçı üçün hələ də açıq qalır. Evə 0:2 hesabı ilə qayıtmaq çox acı olardı. İndi cavab görüşündə yaxşı performans göstərməliyik. Bunu bacaracağımızı bilirik".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 11-i Avstriyada olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31