6 May 2024, Bazar ertəsi
"Sumqayıt" rekordunu təkrarlayıb
“Vurduğum qoldan zövq aldım”
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları

Ölkə futbolu

Kevin Medina: “Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsi...”

"Qarabağ"ın futbolçusu Kevin Medina İtaliyanın TMW nəşrinin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, kolumbiyalı müdafiəçi əvvəlcə yay transfer dönəmində adının bəzi klublarla hallanmasından danışıb.

- "Qarabağ”da xoşbəxtəm. Bəzi klubların mənimlə maraqlandığını bilirəm, amma gələcəkdə nə olacağını heç vaxt bilmirik. Gözləməliyik. Onu da deyim ki, daha böyük liqalarda həyata keçirmək istədiyim arzularım var.

- Ötən mövsüm Premyer Liqanın ən yaxşı müdafiəçisi seçildiniz və bu mövsüm Çempionlar Liqasına 2 məhsuldar ötürmə və 1 qolla başladınız. Bu mövsüm üçün arzunuz nədir?

- Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsi və Kolumbiya millisində oynamaq arzumu həyata keçirməyə çalışacağam.

- Əgər seçə bilsəydiniz, hansı liqada oynamağa üstünlük verərdiniz?

- İngiltərə, Almaniya və ya İspaniya kimi bütün rəqabətli liqaları sevirəm... Amma düşünürəm ki, İtaliya çempionatına çox yaxşı uyğunlaşa bilərəm. Çünki mən sürətli mərkəz müdafiəçisiyəm, 4 və ya 3 müdafiəçi sistemində oynamağa öyrəşmişəm (qol.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31