29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

UEFA-nın rəsmi saytı "Syominin qalib "Qəbələ" düsturu"ndan yazdı

"Qəbələ"nin cari mövsümdəki uğurlu çıxışı UEFA-nın rəsmi internet səhifəsində işıqlandırılıb. Futbolxeber.az-ın məlumatına görə, Avropanın ali futbol qurumu saytında komandanın Yuri Syominlə başlayan yeni inkişaf mərhələsindən bəhs edib. "Syominin qalib "Qəbələ" düsturu" başlıqlı yazıda "qırmızı-qaralar"ın Rusiyanın tanınmış futbol mütəxəssisinin gəlişindən sonra uğur qazanmağa başlamasından söhbət açılıb. Mətndə “Lokomotiv" (Moskva) və “Dinamo"da (Kiyev)  çalışmış mütəxəssisin fikirlərinə də yer verilib. Syomin açıqlamasında "Qəbələ"dən təklif almasından, klubun infrastrukturundan və hədəflərindən bəhs edib:

 “Qəbələ"dən təklif aldıqdan sonra ölkə haqqında məlumat aldım, klubun infrastrukturu və hədəfləri barədə maraqlandım. Klubun prezidenti ilə söhbət etdikdən sonra qərar vermək üçün bir az düşündüm, komandanın bəzi liqa oyunlarına baxdım və nəhayət təklifi qəbul etdim. Ümumiyyətlə, burada olmağıma şadam, komandamı yüksək zirvələrdə, o cümlədən liqanın yüksək kürsüsündə görmək istəyirəm. Bunun üçün çox çalışırıq, gənc futbolçuların inkişafı üçün xeyli vaxt sərf edirik. Məsələn, həftədə bir dəfə əsas komanda ilə əvəzedici komanda arasında oyun təşkil edirik. Bu isə gənclərin inkişafına çox kömək edir".

Syomin söhbət zamanı Azərbaycanın inkişaf tempindən danışıb və onu daha əvvəl çalışdığı Tacikistan və Yeni Zenlandiya ilə müqayisə edib. O, Bakının artıq megapolis olduğunu, getdikcə daha gözəl və müasir görkəm aldığını, burada futbola böyük sərmayə qoyulduğunu söyləyib. Rusiyalı mütəxəssis komandanın hazırkı durumunu dəyərləndirməyi də unutmayıb: “Hər kəs bizdən ölkə çempionatında yüksək yer tutmağı və ya heç olmasa Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanmağımızı gözləyir. Hazırda komandamdan razıyam, amma hələ çatışmazlıqlarımız var. Müdafiə xəttimizi gücləndirməliyik və sabit oyun nümayiş etdirməliyik. Komandaya yeni qoşulan futbolçuların səviyyəsi məni razı salır, amma onların əsl səviyyəsi  barədə gələn ilin mayında müzakirə apara bilərik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31