29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Syomin: "Yeganə narazı qaldığım məqam..."

"Qəbələ"nin baş məşqçisi Yuri Syomin UEFA-nın saytına açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis ilk öncə ölkəmizə gəlişindən danışıb: "Azərbaycandan gələn təklifi qəbul etməmişdən öncə bu ölkənin çempionatını yaxından izlədim, klub haqda müəyyən məlumatlar əldə etdim və komandanın infrastrukturu və gələcək planları ilə tanış oldum. "Qəbələ"nin prezidenti Tale Heydərovla görüşdüm və ondan vaxt istədim. Daha sonra komandanın çempionatda bir neçə oyununu izlədim və sonda bu klubda işləməyə razılıq verdim".

Syomin hazırki klubundakı vəziyyətdən razı olduğunu gizlətməyib: "Ümumiyyətlə burada məni hər şey qane edir. Təbii ki, hər kəs həmişə daha böyük uğurlara can atır. Komandamdan razı olduğum kimi yerli futbolun da yüksək səviyyədə olmasını istəyirəm. Bu sahədə işlər davam edir. Xüsusən də aşağı yaş qruplarının inkişafına diqqət yetiririk. Məsələn, həftədə bir dəfə əvəzedici komanda ilə yoldaşlıq görüşü keçiririk ki, bu da gənc futbolçuların büxtələşməsinə kömək edir. Yeganə narazı qaldığım məqam oyunlarda azarkeşlərin davamlı olmamasıdır. Əvvəllər "Neftçi"nin oyunlarında stadionlarda boş yer tapmaq mümkün deyildi. Ancaq təəssüf ki, indi belə deyil. Düşünürəm ki, bu düzgün təbliğatın aparılmaması ilə bağlıdır".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31