29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Simurq" "Qəbələ" önünə iki itki ilə çıxacaq

Ötən tur doğma azərkeşlər önündə "Bakı"ya minimal hesabla məğlub olan "Simurq" "Qəbələ" ilə oyunun hazırlıqlarına ara vermədən başlayıb. Futbiolxeber.az-ın məlumatına görə, dünən bir məşqə çıxan Georgi Çixradzenin yetirmələri, qısa məsafəli qaçış və isinmə hərəkətlərindən sonra iki qrupa bölünüb. Daha sonra əsas heyətdə qarşılaşmaya çıxan futbolçulara istirahət verilib, digərləri isə "kvadrat" və ikitərəfli oyunla hazırlılığı tamamlayıb.

Bu gündən isə "Simurq" iki məşqlə hazırlığı davam etdirəcək. Səhər çalışmaları trenajor zalında keçiriləcək, axşam məşqi isə Zaqatala şəhər stadionunda baş tutacaq. Komandamızın heyətində zədəli futbolçu olmasa da, kart cəzalılarının çoxluğu "Qəbələ" ilə oyun öncəsi məşqçilər korpusunu çətin vəziyyətə salıb. Mario Bojiç və Qərib İbrahimov son görüşdə dördüncü sarı vərəqəni aldıqlarından, növbəti turda meydana çıxa bilməyəcəklər. "Bakı" ilə qarşılaşmada dizindən zədə alan qapıçımız David Pietrzkeiviçin durumu isə qənaətbəxştdir. Polşalı əlcək ustası bugünkü məşqlərdə iştirak edəcək. 
 
Qeyd edək ki, "Qəbələ" - "Simurq" oyunu aprelin 5-də Qəbələ şəhər stadionunda keçiriləcək və qarşılaşma saat 16:00-da start götürəcək.       



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31