19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

PFL prezidenti: "Klub rəhbərləri gəlir deyir ki, kuboka nə qədər verək"

Azərbaycanın futbol üzrə çempionluq kuboku üçün Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevə pul təklif olunub. Lent.az-ın məlumatına görə, bu barədə Musayevin özü jurnalistlərə açıqlama verib. “Klub rəhbərləri gəlir deyir ki, bu kuboka nə qədər verək. Deyirəm ki, 1 milyon ver. Bu klub rəhbərindən nə gözləyəsən?” deyə PFL prezidenti bildirib.

O, hakimliklə bağlı narazılıqlara da toxunub. Musayevin sözlərinə görə, səhvə yol verən hakim cəzalandırılır: “Klublardan şikayət gəlsə də, gəlməsə də, görüntülərin hər biri izlənir. Hakim səhvi varsa, cəzalanır. Bizdə adət-ənənəyə çevrilib: Uduzan komanda bütün günahı hakimlikdə görür. Son saniyələrdə məğlubiyyətdən xilas olan komanda da “Hakim bizim 3 xalımızı aldı” deyir. Elə hakim yoxdur ki, səhvinə görə cəzalanmasın. Çalışırıq ki, qərəz olmasın. “Hamı deyir ki, alıb-satdılar. Kimi alıb-satdıqları məlum deyil. Hazırda Premyer Liqanı idarə edə biləcək 8 referi var. Onların hamısına derbi həvalə etmək olmaz. Əcnəbi hakimi o zaman dəvət edərik ki, yerli baş hakimlərin yarısı cəzalandırılsın. Hakimləri hamı tənqid edir. Amma klub rəhbərlərini də tənqid etmək lazımdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30