20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Toşak: “Qaranquş səmada görünürsə düşünmə ki..."

“Xəzər Lənkəran” komandasının baş məşqçisi Con Bencamin Toşak sabah keçiriləcək “Xəzər Lənkəran” - “İnter” oyunu öncəsi klubun rəsmi saytına kiçik açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis açıqlamasında geridə qalan 6 tura toxunub və əsasən azarkeşlərə çağırış edib:

- Sabah “Xəzər Lənkəran” üçün çox vacib bir oyundur. Belə vacib matçdan öncə azarkeşlərimizlə bəzi məsələləri paylaşmaq yerinə düşər. Son iki turda çox gözəl və vacib qələbələr qazandıq. Bu qələbələri qazanmaqla komandamız özünəinamını da geri qaytardı. Mən bir daha vurğulmaq istəyirəm ki, əslində biz bundan öncəki matçlarda da pis təsir bağışlamamışdıq. Lakin bəxt tamamilə “Xəzər Lənkəran”dan üz döndərmişdi. Son oyunda Nildonun iki qol vurması məni çox sevindirir. Bu qollarda azarkeşlərimizin rolu böyükdür. Çünki, Nildo son oyunlarda fərqlənə bilməməsinə rəğmən “Bakı” ilə ev matçımızda azarkeşlər onu elə dəstəklədilər ki, hətta mən özüm belə təsirləndim. Bu, “Xəzər Lənkəran” azarkeşinin böyüklüyünü göstərir. Biz hələ çox iş görməmişik. Çalışmalıyıq və durmadan nöqsanlarımızı aradan qaldırmaqla güclü bir komanda yaratmalıyıq. Mənim vətənimdə belə bir xalq misalı var - “Qaranquş səmada görünürsə düşünmə ki, artıq yaz gəlib”. Ona görə də indidən hisslərə qapılmaq olmaz. Sabah “Xəzər Lənkəran” çox güclü bir komanda ilə oynayacaq və bu oyun bizim üçün çox əhəmiyyətlidir. Buna görə də bütün “Xəzər Lənkəran” azarkeşlərinə səslənirəm - Sizi tribunada görmək istəyirik. Dəstəyinizi bizdən əsirgəməyin!”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30