20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Gəray Qarayevin "xoruz"u YAZI

QURBANOV VƏ ÇAKAROVA "İLİŞMƏYİN" SƏBƏBİ "MƏNƏ DƏ İŞ VERİN"Dİ

İşsiz məşqçilər siyahısında olan Gəray Qarayev yenə gündəmə gəlmək istəyir. Son zamanlarda olduğu kimi, Qarayev bu dəfə də gücü işə yox, dilə verib. AZAL-dan ayrıldıqdan sonra komandada çalışan hər kəsin dalınca danışan Qarayev indi də "Qarabağ"ın bostanına daş atıb. Budəfəki "hədəf" isə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov və fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakarovdu. Qarayev israrla Çakarovun qovulmasını, onun "1 köpüklük məşqçi" olmadığını iddia edir. Gəray bəyin Çakarovla bağlı səsləndirdiyi fikirləri təkrar-təkrar oxudum və yalnız 1 fikrinin həqiqət olduğunu anladım. O da bolqarın ölkəmizə Coko Haciyevski vasitəsi ilə gəlməsidir. Qalan bütün fikirlərdən isə boşboğazlıq qoxusu gəlir. Şəxsi fikrimdir ki, Çakarov bu günəcən ölkəmizdə fiziki hazırlıq üzrə işləyən məşqçilər arasında ən yaxşılardan biri, bəlkə də birincisidir. Gənc, enerjili olan Çakarov ilk əvvəl "Bakı"da Qarayevin də dediyi kimi Haciyevskinin yanında çalışdı. Qarayev lap özünü cırsa da, fakt budur ki Çakarov və Haciyevskinin komandası ölkə çempionu oldu, "Ekranes"i mübarizədən kənralaşdırdı və Avroliqanın play-off mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşdü. Pardon, pardon, misyo Qarayev, fiziki cəhətdən zəif olan komanda "Levski", "Bazel" kimi komandalara qarşı necə mübarizə apara bilərdi?

Yaxşı, tutaq ki Haciyevski öz dostunu yanına çağırmışdı. Bəs, Qurban Qurbanov? Əmisi oğlu deyil, bir şey deyil. Qurbanovun nəyinə lazımdı Çakarov? Əgər, bolqar məşqçinin qabında bir şey olmasaydı, uzun illər "Qarabağ"da çalışmazdı. Məgər, Qurbanov bu dərəcədə zəif məşqçidir ki, yanında çalışan insanın səviyyəsinə illər ərzində bələd olmasın? "Qarabağ" Avroliqada meydan sulayırsa, "Metallurq"u, "Piast"ı, "Gefle"ni sürüyürsə, "Ayntraxt"la başa-baş oynayırsa və ən əsası BU KOMANDALARIN HEÇ BİRİNDƏN FİZİKİ CƏHƏTDƏN GERİ QALMIRsa, deməli Çakarovun işinə alqış düşür. Çakarovun ən böyük üstünlüyü futbolçularla təqribən eyni yaşda olmasıdır. O verdiyi bütün tapşırıqları futbolçularla birgə özü də yerinə yetirir. Bəs Qarayev? Görəsən, Benuahidən tullanmağı tələb etməkdən öncə özü də həmin məsafəyə tullanırdı? Çakarovun necə məşqçi olduğunu bilmək istəyirsinizsə, vaxtı ilə "Bakı"da, millidə və hazırda "Qarabağ"da onunla birgə işləmiş, işləyən futbolçulardan fikir öyrənin. Əgər, kimsə Qarayevin dediklərini qəbul etsə, yazdıqlarıma görə ondan yüz dəfə üzr istəyərəm. Amma bu mümkün deyil. Qarayevin Qurbanov haqda səsləndirdiyi fikirlərə isə münasibət bildirməyə ümumiyyətlə ehtiyac görmürəm. Çünki Qurbanovun necə məşqçi olduğunu bütün ölkə görür.

Qarayevin bu cür populist çıxışları ilə ilk dəfə rastlaşmırıq. Vaxtı ilə Mehmet Ak haqda da belə demişdi. Gəray bəy, özünüzü daha camaata güldürməyin. 5 kitab da yazsanız xeyri yoxdu, siz nəzəriyyəni əla bilə bilərsiniz, amma müasir futbol sizin üçün futbolçunu pilləkənla yuxarı dırmaşdırmaq deyil. Siz isə zəmanədən çox geri qalırsınız. Açıqlamalarınızdan isə yalnız "mən də varam, mənə də iş verin" qoxusu gəlir, vəssəlam.

Elman MƏHƏRRƏMOV

P.S. Hansısa insan səhv buraxanda, deyirlər "quşdadı". Qarayevin bu dəfəki səhvi isə "quş" deyil, "xoruz"du, "xoruz".  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30