25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

VII turun ən yaxşı oyunçusu Nildo seçildi

Azərbaycan Premyer Liqasında 7-ci turun rəmzi komandası məlumdur. Futbolxeber.az-ın məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi turun analitik göstəricilərinə əsasən ötən turun rəmzi komandasına aşağıdakı futbolçular daxil edilib:

Qapıçı: Pavel Kapsa (Simurq)

Müdafiəçilər: Vanderson Skarduelli (Xəzər Lənkəran), Bədavi Hüseynov (Qarabağ), Denis Silva Kruz (Neftçi), Maksim Medvedev (Qarabağ)

Yarımmüdafiəçilər: Leonardo da Silva (Qəbələ), Qara Qarayev (Qarabağ), Əfran İsmayılov (Bakı), Sadio Tounkara (Xəzər Lənkəran)

Hücumçular: Junior Nildo (Xəzər Lənkəran), Daniel Subotiç (Qəbələ)

Turun ən yaxşı oyunçusu “Xəzər Lənkəran”ın hücumçusu Junior Nildodur. “Qəbələ”nin yarımmüdafiəçisi Leonardo da Silva rəqib qapısına ən çox zərbə endirən futbolçudur. “Rəvan”ın serbiyalı yarımmüdafiəçisi Miloş Adamoviç isə komanda yoldaşlarına ötən turda ən çox ötürmə verən oyunçudur. “Neftçi”nin braziliyalı müdafiəçisi Karlos Kardoso hava mübarizələrində hamıdan güclü olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30